“Şamaxı” Zaqataladan qələbə ilə qayıdır

Cümə axşamı, 02 May 2024 15:31
I Liqada 24-cü turun oyunlarına yekun vurulub. Son oyun günündə “Şamaxı” səfərdə “Zaqatala”nın qonağı olub. Oyuna sürətli başlayan komandamız 5 və 14-cü dəqiqələrdə ardıcıl iki dəfə fərqlənib. Qolların müəllifləri Qurban Səfərov və Arsen Ağcabəyov olub. Qalan dəqiqələrdə də oyuna nəzarəti əlində saxlayan komandamız 2:0 hesablı qələbə qazanıb. Bu qələbəylə xallarının sayını 48-ə çatdıran “Şamaxı” turnir cədvəlində ikinci pilləyə yüksəlib.

 

"Zaqatala" - "Şamaxı" - 0:2

Qollar: Qurban Səfərov, 5, Arsen Ağcabəyov, 14

 

Son xəbərlər