İlk oyun günündəkomandamız "Şəfa"nı qəbul edib. Qonaqlar 2 qolla hesabda irəli çıxsalar da, "Şamaxı" əzmkar qələbə qazanmağı bacarıb - 3:2. Komandamız ardıcıl 7 oyundur ki, uduzmur.
15:00.“Şamaxı” – “Şəfa” - 3:2
Qollar: Elnur Cəfərov, 5 (0:1), Rauf Hüseynli, 56-pen. (0:2), Jota Oliveyra, 65 (1:2), Həbib İsmayılov, 82 (2:2), Rikardo Apolinario, 90+5-pen. (3:2)
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov, Elvin Bayramov (VAR), Tərlan Talıbzadə (AVAR)
Şamaxı şəhər stadionu