MOİK - "Şamaxı" matçında 6 qol

Çərşənbə, 04 Oktyabr 2023 22:52
I Divizionda IV turun oyunları keçirilir. "Şamaxı" bu turda səfərdə MOİK-in qonağı olub. Qarşılaşmaya meydan sahibləri sürətli başlayıb, 23 və 27-ci dəqiqələrdə iki qol vurub. 40-cı dəqiqədə kapitanımız Emin Zamanov cərimə zərbəsindən möhtəşəm qolla hesab arasındakı fərqi minimuma endirib. İkinci hissəyə fəal başlayan komandamız 47-ci dəqiqədə Qurban Səfərovla hesabı bərabərləşdirib. 4 dəqiqə sonra rəqib penalti zərbəsindən yararlanaraq hesabda yenidən önə keçib. Oyunun sonlarına yaxın Elşad Tağıyev fərqlənərək hesabı bərabərləşdirib və oyunun yekun nəticəsini təyin edib.

 

MOİK - "Şamaxı" - 3:3
Qollar
: İsa Zeynallı, 23 (pen.), 51 (pen.), Elvin Valiev, 27 - Emin Zamanov, 40, Qurban Səfərov, 47, Elşad Tağıyev, 87
Qırmızı vərəqə: İsa Zeynallı, 57 (MOİK) - Emin Zamanov, 55 ("Şamaxı")

 

 

Son xəbərlər

   Phone:   +994 12 594 43 51

   Address:  Şamaxı, A.Məmmədağa,34

   Email:  info@shamakhifc.az