I Liqada 26-cı turun oyunları keçirilib. “Şamaxı” səfərdə “Qaradağ Lökbatan”ın qonağı olub. Oyunda meydan sahibləri hesabı açıb, daha sonra Emin Zamanov hesabı bərabərləşdirsə də, rəqib yenidən önə keçib və fasiləyə 2:1 hesabı ilə irəlidə yollanıb. İkinci hissəyə sürətli başlayan komandamız Emin Zamanovla 48 və 52-ci dəqiqələrdə fərqlənərək hesabı 3:2 öz xeyrinə edib. Qalan dəqiqələrdə başqa qol olmayıb və bu qələbəylə xallarının sayını 54-ə çatdıran komandamız mövsümün sonuna 1 tur qalmış turnir cədvəlində ilk pilləyə yüksəlib.
I Liqada 25-ci turun oyunları keçirilib. “Şamaxı” bu turda doğma şəhərdə “Karvan”ı qəbul edib. Komandamız Emin Zamanov, Qurban Səfərov və Bəhruz Teymurovun qolları ilə 3:0 hesablı qələbə qazanıb. Bu qələbə ilə xallarının sayını 51-ə çatdıran “Şamaxı” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
"Şamaxı" - "Karvan" - 3:0
Qollar: Emin Zamanov, 19, Qurban Səfərov, 38, Bəhruz Teymurov, 54
I Liqada 24-cü turun oyunlarına yekun vurulub. Son oyun günündə “Şamaxı” səfərdə “Zaqatala”nın qonağı olub. Oyuna sürətli başlayan komandamız 5 və 14-cü dəqiqələrdə ardıcıl iki dəfə fərqlənib. Qolların müəllifləri Qurban Səfərov və Arsen Ağcabəyov olub. Qalan dəqiqələrdə də oyuna nəzarəti əlində saxlayan komandamız 2:0 hesablı qələbə qazanıb. Bu qələbəylə xallarının sayını 48-ə çatdıran “Şamaxı” turnir cədvəlində ikinci pilləyə yüksəlib.
"Zaqatala" - "Şamaxı" - 0:2
Qollar: Qurban Səfərov, 5, Arsen Ağcabəyov, 14
Bu gün Avropa Klublar İttifqanın (Union of European Clubs, UEC) onlayn formatda illik ümumi yığıncağı keçirilib. Bir sıra məsələlər müzakirə edildikdən sonra UEC ilk İdarə heyətini seçib.
İdarə heyətində UEC-ə üzv olan ilk Azərbaycan klubu “Şamaxı”nın idarə heyətinin sədri Elçin Usub da yer alıb.
İdarə heyətində “Şamaxı” ilə yanaşı “Osasuna” (İspaniya), “Börnli” (İngiltərə), “Makkabi” (Netanya, İsrail) kimi klubların rəsmiləri də yer alıb.
Avropa futbolunda kiçik və orta peşəkar futbol klublarının maraqlarının təmsilçisi olan UEC-in əsas məqsədlərindən biri mövcud resursların, xüsusilə, maliyyə resurslarının daha ədalətli bölünməsini təmin etməkdir.
Qurum hazırda UEFA-nın 25 üzv assosiasiyasının 141 klubunu birləşdirir.
Üzvlər arasında “La Liga” və Böyük Britaniyanın bir çox klublarını birləşdirən “Fair Game” təşkilatı da yer alır.
İdarə Heyətinə seçilən Elçin Usub bu təyinatla bağlı öz fikirlərini də bildirib:
“Avropa Klublar İttifaqının əsas məqsədləri və ideyaları Azərbaycan üçün də aktualdır və burada görüləsi işlər çoxdur. UEC-in İdarə heyətinin üzvü kimi ölkəmizdə də bu məqsədlər uğrunda sözümüzü daha da inamlı demək üçün bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Fürsətdən istifadə edib vaxtilə mənə etimad göstərib, Azərbaycan futbolunu bu təşkilatın ilk tədbirlərinin birində təmsil etməyə səlahiyyətləndirən bütün 1-ci liqa klublarına və PFL-ə təşəkkür edirəm”.
U-13 Liqasında ikinci qrup mərhələsinin oyunlarına yekun vurulub. Komandamız Ağsu şəhər stadionunda “İmişli” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə qrupda 100 faizlik nəticə göstərən “Şamaxı” adını son 16 komandanın sırasına yazdırdı.
YER |
KOMANDA |
O |
Q |
H |
M |
VQ |
BQ |
T/F |
XAL |
1 |
Şamaxı FK |
5 |
5 |
0 |
0 |
27 |
2 |
25 |
15 |
2 |
Araz Saatlı |
5 |
4 |
0 |
1 |
19 |
8 |
11 |
12 |
3 |
Olimpiya (Ağcabədi) |
5 |
2 |
1 |
2 |
12 |
17 |
-5 |
7 |
4 |
Ağdam FK |
5 |
2 |
0 |
3 |
8 |
16 |
-8 |
6 |
5 |
İmişli FK |
5 |
1 |
0 |
4 |
7 |
13 |
-6 |
3 |
6 |
Kürdəmir FK (Kürdəmir) |
5 |
0 |
1 |
4 |
1 |
18 |
-17 |
1 |
I Liqada 22-ci turun oyunlarına start verilib. Turin ilk matçında “Şamaxı” səfərdə “İrəvan”ın qonağı olub. Oyunun ilk dəqiqələrində meydan sahibləri hesabı açıb, bu qoldan sonra toparlanan komandamız ilk hissədə 3 qol vuraraq fasiləyə 3:1 hesabı ilə yollanıb. İkinci hissəyə də sürətli başlayan futbolçularımız ardıcıl 3 dəfə meydan sahiblərini mərkəzə dəvət edib. Oyunda son nöqtəni “İrəvan” qoyub 2:6
17 aprel
"İrəvan" - "Şamaxı" - 2:6
Qollar: Samir Qurbanov, 4, Bayram Əliyev, 85 - Bəhruz Teymurov, 31, Elşad Tağıyev, 33-pen. 53, 82-pen. Qurban Səfərov, 37, Səbayıl Bağırov, 67
Aşağı yaş qrupları üzrə komandaların oyunlarında növbəti oyunlar keçirilib. U-13 komandamız səfərdə Ağcabədinin “Olimpiya” komandasını 4:2 hesabı ilə məğlub edib. Bu qələbəylə “Şamaxı” sona bir tur qalmış növbəti mərhələyə qrup lideri kimi yüksəlməyi də təmin edib.
YER |
KOMANDA |
O |
Q |
H |
M |
VQ |
BQ |
T/F |
XAL |
1 |
Şamaxı FK |
4 |
4 |
0 |
0 |
23 |
2 |
21 |
12 |
2 |
Araz Saatlı |
4 |
3 |
0 |
1 |
12 |
7 |
5 |
9 |
3 |
Olimpiya (Ağcabədi) |
4 |
2 |
0 |
2 |
11 |
16 |
-5 |
6 |
4 |
Ağdam FK |
4 |
2 |
0 |
2 |
7 |
9 |
-2 |
6 |
5 |
İmişli FK |
4 |
1 |
0 |
3 |
7 |
9 |
-2 |
3 |
6 |
Kürdəmir FK (Kürdəmir) |
4 |
0 |
0 |
4 |
0 |
17 |
-17 |
0 |
Bu gün aşağı yaş qrupları üzrə komandaların ölkə çempionatında növbəti turun oyunları keçirilib. U-11 komandamız “İsmayıllı”nı məğlub edib. U-13 komandamız ikinci mərhələnin üçüncü oyununda “Ağdam”ı 5:0 hesabı ilə məğlub edib və qrupda üçüncü qələbəsini qazanıb.
YER |
KOMANDA |
O |
Q |
H |
M |
VQ |
BQ |
T/F |
XAL |
1 |
Şamaxı FK |
3 |
3 |
0 |
0 |
19 |
0 |
19 |
9 |
2 |
Araz Saatlı |
3 |
2 |
0 |
1 |
11 |
7 |
4 |
6 |
3 |
Olimpiya (Ağcabədi) |
3 |
2 |
0 |
1 |
9 |
12 |
-3 |
6 |
4 |
Ağdam FK |
3 |
1 |
0 |
2 |
5 |
9 |
-4 |
3 |
5 |
İmişli FK |
2 |
0 |
0 |
2 |
4 |
8 |
-4 |
0 |
6 |
Kürdəmir FK (Kürdəmir) |
2 |
0 |
0 |
2 |
0 |
12 |
-12 |
0 |
Azərbaycan I Liqasında XX turun oyunları keçirilib.
“Şamaxı” səfərdə MOİK-in qonağı olub. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolumuzu 12-ci dəqiqədə Roman Hüseynov vurub.
Xallarını 38-ə yüksəldən "Şamaxı" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
MOİK - "Şamaxı" 0:1
Qol: Roman Hüseynov, 12
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. İki futbolçumuz: Süleyman Damadayev və Qurban Səfərov millimizə dəvət alıb.
Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq.
Bu gün aşağı yaş qrupları üzrə komandaların ölkə çempionatında növbəti turun oyunları keçirilib. U-11 komandamız “Çinar”ı (Göyçay), U-12 komandamız “Kürdəmir”i məğlub edib. U-13 komandamız da “Kürdəmir”i 9:0 hesabı ilə məğlub edib.
Klubumuzun İdarə Heyətinin sədri Elçin Usub da hər 3 komandamızın oyununu izləyib, oyundan sonra azyaşlılarla görüşüb onları təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb.