Əvəzedicilər Liqasında III turun oyunları keçirilib. “Şamaxı-2” doğma meydanda “Qarabağ-2” ilə 1:1 hesablı heç-heçə edib. Komandamızın heyətində Səbayıl Bağırov fərqlənib.
“Şamaxı” bu gün yoxlama oyununda “Zaqatala”nı 5:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində Belajdi Pusi (2), Brahim Konate (2) və Conatan Benteke fərqlənib.
“Şamaxı” yoxlama oyunu keçirəcək. Komandamız avqustun 16-sı, saat 17:30-da Şamaxı şəhər stadionunda I Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq.
Ölkəmizi Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Klub qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib. “Qarabağ” klubunun müraciətini, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.
“Şamaxı” növbəti transferini reallaşdırıb.
Komandamız almaniyalı hücumçu Leroy Mikelsi heyətinə qatıb. 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Mikelsin son klubu Səudiyyə Ərəbistanın “Əl Taraji” klubu olub.
Əvəzedicilər Liqasında cari mövsümün II turun oyunları keçirilib. “Şamaxı-2” səfərdə “Araz-Naxçıvan-2”nin qonağı olub. Komandamız rəqibinə 1:2 hesbaı ilə məğlub olub, yeganə qolu Elşad Tağıyev vurub.
Komandamızın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın II turunda baş tutan “Araz Naxçıvan” - “Şamaxı” oyunsonrası mətbuat konfransında oyun haqda fikirlərini bildirib:
“Bizim üçün uğursuz bir nəticə oldu. Hesabı bərabərləşdirmək üçün imkanlarımız olsa da, istifadə edə bilmədik. İndi çempionatın əvvəlidir, oyundan-oyuna daha da yaxşı olacağıq. Top buraxdıqdan sonra komandamın verdiyi reaksiyadan razı qaldım. Bəzi futbolçular bizim çempionat üçün hələ yenidir. Mən qarşımıza qoyulan məqsədə çatacağımıza əminəm. Komandama tam olaraq inanıram“.
Premyer Liqanın II turunda “Şamaxı” səfərdə “Araz-Naxçıvan”ın qonağı olub. “Liv Bona Dea Arena”da baş tutan qarşılaşmada komandamız rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Azərbaycan Premyer Liqası
II tur
10 avqust
18:45 "Araz-Naxçıvan" - "Şamaxı" 1:0
Qol: Ramon Maçado, 59
Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena
Əvəzedici komandaların çempionatında yeni mövsüm start götürüb. “Şamaxı-2” komandası ilk turda “Sabah-2”ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb, komandamızın heyətində Elşad Tağıyev fərqlənib.
“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb. Yarımmüdafiəçi Abbas Ağazadə ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Abbas Ağazadəyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Premyer Liqanın 2024-25-ci illər mövsümünün ilk turunda “Şamaxı” səfərdə “Sabah”ın qonağı olub. Oyuna sürətli başlayan meydan sahibləri ardıcıl ikinci dəfə fərqlənib. İlk hissənin sonuncu dəqiqələrində komandamız Rüfət Abbasovla hesab arasındakı fərqi minimuma endirib. İkinci hissənin əvvəlində hücumçumuz Belajdi Pusi hesabı bərabərləşdirib. Qalan dəqiqələrdə başqa qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust
“Sabah” – “Şamaxı” 2:2
Qollar: Namik Ələskərov, 16. Xəyal Əliyev, 37 – Rüfət Abbasov, 44. Belayi Pusi, 52.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız serbiyalı müdafiəçi Vasiliye Bakiçi heyətinə qatıb. 24 yaşlı mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Bakiçin son klubu Serbiyanın “Radniçki” olub.
“Şamaxı” yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşan komandamız 2:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Conatan Benteke dublla yadda qalıb.
“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanış zamanı növbəti yoxlama oyununu keçirəcək və bu matçda Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşacaq. Oyun 26 iyul, saat 17:00-da Qəbələ şəhər stadionunda start götürəcək.
“Şamaxı” yay təlim-məşq toplanışında üçüncü yoxlama oyununu keçirib.
“Cəbrayıl”la qarşılaşan komandamız 4:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Conatan Benteke dublla yadda qalıb, Elşad Tağıyev və Adil Nağıyev hərəyə bir dəfə fərqlənib.
“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb. Hücumçu Cəlal Cəbrayılovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Cəbrayılova göstərdiyi xidmətlər görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanış zamanı üçüncü yoxlama oyununu keçirəcək və bu matçda “Cəbrayıl”la qarşılaşacaq. Oyun 23 iyul, saat 18:00-da Şamaxı şəhər stadionunda start götürəcək.
“Şamaxı” yay təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.
“Pelikan”la qarşılaşan komandamız 5:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Conatan Benteke, Ramin Əhmədov, Belajdi Pusi və Elşad Tağıyev (2) fərqlənib.
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız hücumçu Conatan Bentekeni heyətinə qatıb. Belçikalı hücumçu ilə bir illik müqavilə imzalanıb.
Bentekenin son klubu Lüksemburqun “Petange” olub.