Şamaxı Futbol Akademiyasında komandalarımız növbəti turların oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:
U-10 Liqası
Şamaxı - Lokomotiv (Ucar) >
U-11 Liqası
İsmayıllı - Şamaxı <
U-12 Liqası
Şamaxı - Difai
Rəqib oyuna gəlməyib
U-14 Liqası
Şamaxı - Çinar (Göyçay) 6:1
U-15 Liqası
Şamaxı - Zirə 0:3
U-16 Liqası
Zirə - Şamaxı 5:1
U-17 Liqası
Turan Tovuz - Şamaxı 10:0
Gənclər Liqası
Turan Tovuz - Şamaxı 1:1
Əvəzedicilər Liqasında XVI turun oyunları keçirilib. “Şamaxı-2” səfərdə “Turan Tovuz-2”nin qonağı olub və rəqibinə 0:6 hesabı ilə məğlub olub.
“Şamaxı” iki futbolçusu ilə yollarını ayırıb. Müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə müqavilələrə xitam verilib. Xitamın səbəbləri barədə klub hal-hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir. Ümid edirik ki, media və kütləvi informasiya nümayəndələri bu mövqeyə anlayış göstərəcəklər.
Misli Premyer Liqasının XVI turunda "Şamaxı" səfərdə "Turan Tovuz"un qonağı olub. Komandamız rəqibinə 2:3 hesabı ilə məğlub olub.
9 dekabr
Misli Premyer Liqası, 16-cı tur
19:00. “Turan Tovuz”– “Şamaxı” - 3:2
Qol: Belajdi Pusi, 12 (0:1), Roderik Miller, 21 (1:1), Edqar Adilxanov, 39 (1:2), Alexandro Serrano, 60 (2:2), Roderik Miller, 90+4 (3:2)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Tovuz şəhər stadionu
Şamaxı Futbol Akademiyasında 3 komanda ötən turda növbəti oyunlarını keçirib. Qeydə alınan nəticələri təqdim edirik.
U-12 Liqası
İsmayıllı - Şamaxı <
U-17 Liqası
Şamaxı - Zirə 0:4
Gənclər Liqası
Şamaxı - Qəbələ 1:2
Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Tək oyundan ibarət olan bu mərhələdə "Şamaxı" səfərdə "Zirə"nin qonağı olub. Qarşılaşma 3:1 hesabı ilə rəqibin xeyrinə çatıb. Bu məğlubiyyətlə komandamız ölkə kubokunda mübarizəni dayandırıb.
19:00. “Zirə” – “Şamaxı” - 3:1
Qollar: Ayron Qomis, 12 (1:0), Ceyhun Nuriyev (2:0), 24, Brahim Konate, 41 (2:1), Yusuf Laval, 52 (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
VAR: Fərid Hacıyev
AVAR: Vüsal Məmmədov
Zirə İK stadionu
Ötən turda akademiyamızın komandaları növbəti oyunlarını keçirib. Qeydə alınan nəticələri təqdim edirik:
U-10 Liqası
Şamaxı - İsmayıllı >
U-11 Liqası
Lokomotiv (Ucar) - Şamaxı <
U-14 Liqası
İmişli - Şamaxı 0:5
U-15 Liqası
Metak (Qusar)- Şamaxı 4:1
U-16 Liqası
Şamaxı - Səbail 1:3
U-17 Liqası
Sumqayıt - Şamaxı 12:0
Əvəzedicilər Liqasında XV turun oyunları keçirilib. “Şamaxı-2” doğma meydanda “Kəpəz-2”ni qəbul edib. Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
“İkinci oyun günündə əvvəlcə “Şamaxı” doğma meydanda “Kəpəz”i qəbul edib və rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Azərbaycan Premyer Liqası
15-ci tur
30 noyabr
“Şamaxı” – “Kəpəz” 0:1
Qol: Luis Paçu, 69.
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu.
U-14 Liqasında ilkin mərhələnin oyunları başa çatıb. 6 komandanın iştirak etdiyi Mərkəz regionun ilkin mərhələsində U-14 komandamız bütün rəqiblərini məğlub edərək ilk pillənin sahibi olub. Komandamız növbəti mərhələdə Mərkəz regionunun digər qrupunun qalibləri ilə qarşılaşacaq.
U-19 komandamızın üzvü İsa Hüseynov U-18 milli komandamızın Qəbələdə baş tutan təlim-məşq toplanışına dəvət alıb. Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.
Misli Premyer Liqasında XIV tura yekun vurulub. Turun son matçında "Şamaxı" səfərdə "Sumqayıt"ın qonağı olub. Komandamız matçın 26-cı dəqiqəsində hesabı açıb. Leroy Mikels möhtəşəm qolla fərqlənib. İlk hissənin əsas olunmuş birinci dəqiqədə rəqib hesabı bərbərləşdirib 1:1. Matçın 77-ci dəqiqəsində meydan sahibləri penaltidən fərqlənib və qarşılaşma 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
24 noyabr (bazar)
19:00. “Sumqayıt”– “Şamaxı” - 2:1
Qollar: Leroy Mikels, 27 (0:1), Cordan Rezabala, 45+1 (1:1), Rövlan Muradov, 78 - pen. (2:1)
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Geridə qalan həftədə Şamaxı Futbol Akademiyasında qeydə alınan nəticələri təqdim edirik:
U-10 Liqası
Şamaxı - Kürdəmir
Rəqib oyuna gəlməyib
U-11 Liqası
Dəmir Yumruq - Şamaxı <
U-13 Liqası
Şamaxı - Çinar (Göyçay) 10:0
U-14 Liqası
İsmayıllı - Şamaxı
Rəqib oyuna gəlməyib
U-15 Liqası
Şamaxı - Vətən 2:4
U-16 Liqası
Dinamo (Bakı) - Şamaxı 1:1
U-17 Liqası
Araz-Naxçıvan - Şamaxı 8:0
Gənclər Liqası
Araz-Naxçıvan - Şamaxı 0:5
“Şamaxı” Futbol Klubu məşqçi Ceyhun Rzayevlə yollarını ayırıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ceyhun Rzayevə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
“Şamaxı” milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilə zamanı yoxlama oyunu keçirib. Komandamız Şamaxı şəhər stadionunda MOİK-i qəbul edib və rəqibi 7:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində Belajdi Pusi (3), Giorgi Kantariya, Brahim Konate, Səbayıl Bağırov və Emin Zamanov fərqlənib.
Ötən həftə Şamaxı Futbol Akademiyasında iki komanda növbəti matçlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:
U-12 Liqası
Çərəkə (Göyçay) - Şamaxı <
U-14 Liqası
Şamaxı - Çinar (Göyçay) 14:0
“Şamaxı” milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranan fasilə zamanı yoxlama oyunu keçirəcək. Komandamız noyabrın 17-si, saat 15:00-da Şamaxı şəhər stadionunda I Liqa təmsilçisi MOİK-lə qarşılaşacaq.
Ötən həftə Şamaxı Futbol Akademiyasında komandalarımızın qeydə alınan nəticələrini təqdim edirik:
U-10 Liqası
Çinar (Göyçay) - Şamaxı <
U-11 Liqası
Şamaxı - Çinar (Göyçay) >
U-12 Liqası
Çinar (Göyçay) - Şamaxı <
U-13 Liqası
Lokomotiv (Ucar) - Şamaxı 1:12
U-14 Liqası
Lokomotiv (Ucar) - Şamaxı 0:25
Əvəzedicilər Liqasında XIII turun oyunları keçirilib. “Şamaxı-2” Şamaxı şəhər stadionunda “Neftçi-2”ni qəbul edib və rəqibinə 0:3 hesabı ilə məğlub olub.