21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 18-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. İki futbolçumuz: Süleyman Damadayev və Qurban Səfərov millimizə dəvət alıb.
Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də, saat 16:00-da İngiltərə, martın 26-da, saat 16:00-da isə Ukraynanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qarşılaşacaq.
Klubumuzun İdarə Heyətinin üzvü, Şamaxı rayonun Maliyyə idarəsinin rəisi Seyran Alcanov vəfat edib. Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk !
Bu gün aşağı yaş qrupları üzrə komandaların ölkə çempionatında növbəti turun oyunları keçirilib. U-11 komandamız “Çinar”ı (Göyçay), U-12 komandamız “Kürdəmir”i məğlub edib. U-13 komandamız da “Kürdəmir”i 9:0 hesabı ilə məğlub edib.
Klubumuzun İdarə Heyətinin sədri Elçin Usub da hər 3 komandamızın oyununu izləyib, oyundan sonra azyaşlılarla görüşüb onları təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb.
Milli komandaların toplanışı ilə əlaqədar I Liqada yaranmış fasilə zamanı komandamız “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirəcək. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma martın 20-si, saat 14:00-da start götürəcək.
13 yaşadək ibarət futbolçulardan ibarət komandamız U-13 Liqasında ilk mərhələni qrup lideri kimi tamamlayıb növbəti mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələdə azyaşlılarımız "Ağdam", "Olimpiya" (Ağcabədi), "Kürdəmir", "Araz Saatlı" və "İmişli" komandaları ilə eyni qrupda yer alıb. Bu mərhələnin oyunlarına martın 16-sı start veriləcək.
I Liqada XVIII turun oyunlarına start verilib. "Şamaxı" bu turda doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib 2:2.
13 mart
"Şamaxı" - "Qaradağ Lökbatan" - 2:2
Qollar: Elşad Tağıyev, 64, Salman Ələsgərov, 82 - Xəyal Bəşirov, 38, Rayan Guibero, 72
Aşağı yaş qrupları üzrə komandaların çempionatlarında növbəti turun oyunları keçirilib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmalarfa 3 komandamız meydana çıxıb. U-11 komandamız “Kürdəmir”i, U-12 komandamız “İsmayıllı”nı məğlub edib. U-13 komandamız da Kürdəmirin eyniadlı təmsilçisini 8 cavabsız topla məğlub edib.
I Liqada XVII turun oyunlarına yekun vurulub. Komandamız səfərdə “Karvan”ın qonağı olub. Qarşılaşmaya sürətli başlatan futbolçularımız 13-cü dəqiqədə Səbayıl Bağırovla hesabı açıb, 26-cı dəqiqədə Bəhruz Teymurov növbəti dəfə meydan sahiblərini meydanın mərkəzinə dəvət edib, bu qoldan sonra Cəlal Cəbrayılov komandamızın üçüncü qolunu vurub. 38-ci dəqiqədə Abbas Ağazadə ilk hissənin hesabını müəyyənləşdirib 4:0. Oyunun sonlarına yaxın Emin Zamanov və Bəhruz Teymurovla daha iki dəfə fərqlənən “Şamaxı” səfərdən 6:0 hesablı qələbə ilə qayıdıb.
Aşağı yaş qrupları üzrə komandaların çempionatlarında növbəti turun oyunları keçirilib. Növbəti oyunlarına çıxan 3 komandamız qələbə qazanıb. U-11 komandamız “Dəmir Yumruq”, U-12 komandamız “Çinar” komandasını məğlub edib. U-13 komandamız da “Çinar” üzərində 8:0 hesablı qələbə qazanıb.
I Liqada XVI turun oyunlarına start verilib. Komandamız bu turda Şamaxı şəhər stadionunda "Zaqatala"nı qəbul edib. Oyuna sürətli başlayan futbolçularımız matçın 13-cü dəqiqəsində Səbayıl Bağırovun baş zərbəsi ilə hesabı açıb. "Şamaxı" daha bir neçə dəfə fərqlənməyə yaxın olsa da, bu şanslardan istifadə edə bilməyib. Əvəzində "Zaqatala" oyunun əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə hesabı bərabərləşdirib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
“Şamaxı” – “Zaqatala” - 1:1
Qollar: Səbail Bağırov, 13 (1:0), Nicat Oruclu, 90+4 (1:1)
Xocalı soyqırımından 32 il ötür
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Aşağı yaş qrupları üzrə komandaların ölkə çempionatlarında növbəti turun oyunları keçirilib. Şamaxı şəhər stadionunda keçirilən turda 3 komandamız meydana çıxıb. U-11 komandamız “İsmayıllı”, U-12 komandamız isə “Kürdəmir”dən üstün olub. 13 yaşadək futbolçulardan ibarət komandamız isə İsmayıllının eyniadlı komandasını 10:0 hesabı ilə məğlub edib.
I Liqada XV turun oyunları keçirilib. "Şamaxı" səfərdə "Difai Ağsu" ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.Komandamız 15 turdan sonra 29 xalla turnir cədvəlinin lideridir.
Aşağı yaş qrupları üzrə komandaların çempionatlarında növbəti turun oyunları keçirilib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmalarda iki komandamız qələbə qazanıb.
U-12 komandamız “İsmayıllı”nı məğlub edib. U-13 komandamız da Kürdəmirin eyniadlı komandası üzərində 8 cavabsız topla qalib gəlib.
I Liqada cari mövsümün 14-cü turun oyunları keçirilib. Komandamız Şamaxı şəhər stadionunda "İrəvan"ı qəbul edib. Oyuna sürətli başlayan "Şamaxı" 15-ci dəqiqədə Abbas Ağazadə ilə hesabı açıb. Bu qoldan 15 dəqiqə sonra Ramin Əhmədov möhtəşəm zərbə ilə hesabı 2:0 edib. Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və komandamız 2:0 hesablı qələbə qazanıb.
Xallarının sayını 28-ə çatdıran "Şamaxı" turnir cədvəlinin liderliyinə yüksəlib.
15 fevral (cümə axşamı)
15:00. “Şamaxı” – “İrəvan” - 2:0
Qollar: Abbas Ağazadə, 14, Ramin Əhmədov, 31
Şamaxı şəhər stadionu
Aşağı yaş qrupları üzrə komandaların ölkə çempionatı davam edir. 3 komandamız növbəti oyunlarına çıxıb. U-11 və U-12 komandalarımız Göyçayın “Çinar” komandasını məğlub edib. Eyni rəqibin 13 yaşlıları ilə qarşılaşan U-13 komandamız da 11:0 hesabı ilə qalib gəlib.
Akademiyamızın U-16 və U-15 komandalarımıza oyun qaydaları haqqında seminar keçirilib. Seminarda akademiyamızın rəhbəri, eyni zamanda U-16 komandamızın baş məşqçisi Vəli Qasımov və U-15 komandamızın baş məşqçisi Tərlan İsgəndərov oyun qaydaları haqqda futbolçulara məlumat verib, yeni dəyişikliklərdən bəhs edib. Sonda futbolçuların sualları cavablandırılıb.
I Liqada mövsümün ikinci yarısına start verilib. Cari ilin ilk turunda "Şamaxı" səfərdə "Mingəçevir"in qonağı olub. Komandamız çətin səfərdən 1:0 hesablı qələbə qazanaraq 3 xalla qayıdıb. Yeganə qolumuzun müəllifi matçın 63-cü dəqiqəsində kapitanımız Emin Zamanov olub.
Komandamız 13 turdan sonra xallarının sayını 25-ə çatdırıb.
"Mingəçevir" - "Şamaxı" - 0:1
Qol: Emin Zamanov, 63-pen.
Aşağı yaş qrupları üzrə komandaların liqalarında növbəti turun oyunları keçirilib. İki yaş qrupu üzrə komandalarımız (U-11 və U-12) Kürdəmirin eyniadlı komandaları ilə qarşılaşıb və hər iki komandamız qələbə qazanıb.