AKADEMİYA: Hər üç komandamızdan qələbə

Bazar ertəsi, 06 Noyabr 2023 22:24

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.

Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 3 komandası da növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında İsmayıllının eyniadlı komandasını məğlub edib. U-12 komandamız "Kürdəmir"dən üstün olub.

U-13 Liqasında isə azyaşlılarımız "İsmayıllı"nı 13:0 hesabı ilə məğlub edib.

Komandamız "Difai Ağsu"nu məğlub etdi

Bazar ertəsi, 06 Noyabr 2023 22:18

I Liqada VII turun oyunları keçirilib.

"Şamaxı" bu turda Şamaxı şəhər stadionunda "Dİfai Ağsu" komandasını qəbul edib. Komandamız Elşad Tağıyev və Cəlal Cəbrayılovun qolları ilə 2:0 hesablı qələbə qazanıb.

Azərbaycan 1-ci liqası, 7-ci tur

1 noyabr

"Şamaxı" - "Difai Ağsu" - 2:0

Qollar: Elşad Tağıyev, 16, Cəlal Cəbrayılov, 45

"Şamaxı"dan ilk məğlubiyyət

Cümə, 20 Oktyabr 2023 23:44

I Divizionda V turun oyunları keçirilib. Komandamız bu turda Şamaxı şəhər stadionunda "Mingəçevir"i qəbul edib. Qarşılaşma komandamızın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

20 oktyabr (cümə)

15:00. “Şamaxı” – “Mingəçevir” - 2:3

Qollar: Adil Nəsibov, 18 (0:1), 43 (0:2), Elşad Tağıyev, 45+1 (1:2), Cəlal Cəbrayılov, 70 (2:2), Əsədulla Heydərov, 81 (2:3)

Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov

Şamaxı şəhər stadionu

 

MOİK - "Şamaxı" matçında 6 qol

Çərşənbə, 04 Oktyabr 2023 22:52

I Divizionda IV turun oyunları keçirilir. "Şamaxı" bu turda səfərdə MOİK-in qonağı olub. Qarşılaşmaya meydan sahibləri sürətli başlayıb, 23 və 27-ci dəqiqələrdə iki qol vurub. 40-cı dəqiqədə kapitanımız Emin Zamanov cərimə zərbəsindən möhtəşəm qolla hesab arasındakı fərqi minimuma endirib. İkinci hissəyə fəal başlayan komandamız 47-ci dəqiqədə Qurban Səfərovla hesabı bərabərləşdirib. 4 dəqiqə sonra rəqib penalti zərbəsindən yararlanaraq hesabda yenidən önə keçib. Oyunun sonlarına yaxın Elşad Tağıyev fərqlənərək hesabı bərabərləşdirib və oyunun yekun nəticəsini təyin edib.

 

MOİK - "Şamaxı" - 3:3
Qollar
: İsa Zeynallı, 23 (pen.), 51 (pen.), Elvin Valiev, 27 - Emin Zamanov, 40, Qurban Səfərov, 47, Elşad Tağıyev, 87
Qırmızı vərəqə: İsa Zeynallı, 57 (MOİK) - Emin Zamanov, 55 ("Şamaxı")

 

I Liqada III turun oyunları keçirilir.

Komandamız bu turda səfərdə "İmişli"nin qonağı olub. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matçda komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Emin Zamanov het-triklə yadda qalıb.

15:30. “İmişli” – “Şamaxı” - 0:3

Qollar: Emin Zamanov, 47-pen; 63-pen; 66

 

 

"Şamaxı" - "Araz Saatlı" 8:0

Cümə, 22 Sentyabr 2023 02:27

I Liqada ikinci turun oyunları keçirilib. Komandamız Şamaxı şəhər stadionunda "Araz Saatlı"nı qəbul edib. Komandamız bu qarşılaşmada 8:0 hesablı qələbə qazanıb. Komandamız bu qələbəylə xallarının sayını dördə çatdırıb.

"Şamaxı" - "Araz Saatlı" 8:0

Qollar: Cəlal Cəbrayılov, 17, 21, 34, Elşad Tağıyev, 27 (pen), Emin Zamanov, 37, Samir Məhərrəmli, 52, Elçin Qasımov, 60, Salman Ələsgərov, 89

I Liqada 2023-24-cü illər mövsümünə start verilib. Komandamız ilk turda səfərdə "Qaradağ lökbatan"ın qonağı olub. "Neftçi" Futbol Mərkəzində keçirilən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Komandamızın heyətində Emil Qasımov fərqlənib.

 

 

15 sentyabr 2023. Saat 17:00. Neftçi Futbol Mərkəzi (IV meydança). 95 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
Dördüncü hakim: İslam Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Xəlil Bəşirov, 11 (qeyri-idman hərəkəti) // Emin Zamanov, 61 (qeyri-idman hərəkəti); Salman Ələsgərov, 71 (qeyri-idman hərəkəti); Ramin Əhmədov, 90+3 (hakimin qərarına etiraz); Əkpər Vəliyev, 90+3 (hakimin qərarına etiraz)
Qollar: 
Seyxan Fərəcov, 52 // Emil Qasımov, 50  
Artırılan vaxt: I hissədə - 1 dəq.;  II hissədə - 5 dəq.

 

“Qaradağ Lökbatan”

25. Əmrah Zülfüqarlı
77. Sərxan Abdullayev
8. Urfan İsmayılov (k)
5. Murad Qayalı
6. Xəyal Tomarov
17. Kənan Cəfərov
(27. Mircamal Əlizadə, 90+2)
7. Sultan Mustafayev
(22. Mehman Məsimov, 85)
9. Xəlil Bəşirov
11. Seyxan Fərəcov
15. Mehdi Tahirov
4. Asif Məmmədov

Ehtiyat oyunçular:

90. Cavidan İzzətli
21. Novruz Məmmədov
88. Tunar Mütəlimov
33. Fərid Kərimov
44. Cavidan Rəhimli
3. İsa İsayev
14. Orxan Əliyev
19. Mehdi Həşumov

Baş məşqçi:  Azər Həşimov

“Şamaxı”

1. Əkpər Vəliyev
17. Elçin Rəhimli
77. İbrahim Aslanlı
(9. Qurban Səfərov, 62)
10. Emin Zamanov (k)
21. Abbas Ağazadə
23. Rövşən Şahmuradov
(99. Cəlal Cəbrayılov, 62)
7. Emil Qasımov
(97. Elşad Tağıyev, 77)
80. Zahid Mərdanov
(74. Süleyman Damadeyev, 46)
13. Ramin Əhmədov
44. Salman Ələsgərov
56. Samir Ağayev
(88. Elçin Qasımov, 62)

Ehtiyat oyunçular:

62. Abdulla Seydəhmədov
22. Sahib Həsənov
4. Kənan Quliyev
20.Əli Mürsəlov
11. Samir Məhərrəmli
72. Xəyyam Hüseynov
8. Edqar Adilxanov

Baş məşqçi: Vüqar Əsgərli

"Nebitçi" - "Şamaxı" 0:4

Bazar, 10 Sentyabr 2023 23:08

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şamaxı" növbəti yoxlama oyununu keçirib. Komandamız Qəbələ şəhər stadionunda Türkmənistan Super Liqasında mübarizə aparan "Nebitçi" klubu ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edib. Emil Qasımov (2), Rövşən Şahmuradov və Əli Mürsəlov qollarımızın müəllifi olub.

 

"Nebitçi" - "Şamaxı" 0:4

Qollar: Emil Qasımov, (2), Rövşən Şahmuradov, Əli Mürsəlov

 

"Şamaxı": Əkpər Vəliyev, Zahid Mərdanov, Salman Ələsgərov, Elçin Rəhimli, Samir Ağayev, İbrahim Aslanlı, Emin Zamanov (k), Ramin Əhmədov, Qurban Səfərov, Rövşən Şahmuradov, Emil Qasımov

Komandamız Türkmənistan klubu ilə qarşılaşacaq

Çərşənbə, 06 Sentyabr 2023 23:34

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şamaxı" daha bir yoxlama oyunu keçirəcək. Komandamız Türkmənistanın "Nebitçi" klubu ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunun ikinci meydançasında keçiriləcək matç sentyabrın 8-i, saat 17:00-da start götürəcək.

4 futbolçumuz milli komandalarda

Bazar ertəsi, 04 Sentyabr 2023 09:33

"Şamaxı"nın 4 futbolçusu müxtəlif yaş qruplara üzrə milli komandalara dəvət alıbı. 

Futbolçumuz Edqar Adilxanov U-19 millimizin sentyabrında 4-dən 12-nə qədər davam edəcək toplanışında iştirak edəcək. Daha 3 futbolçumuz: Süleyman Damadayev, Elçin Qasımov və Samir Məhərrəmli isə U-21 millimizin AÇ seçmə mərhələsinin oyunlarının heyətinə dəvət alıb.

Komandamızdan növbəti qələbə

Cümə axşamı, 31 Avqust 2023 01:39

Yeni mövsüm hazırlıqlarını davam etdirən komandamız növbəti yoxlama oyununu keçirib. "Şamaxı" doğma stadionda "Araz Saatlı" klubunu qəbul edib.  Qarşılaşma komandamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Zahid Mərdanov, Cəlal Cəbrayılov, Samir Ağayev və Qurban Səfərov hərəyə bir dəfə fərqlənib.

"İrəvan" - "Şamaxı" 0:3

Bazar, 27 Avqust 2023 21:47

Yeni mövsümün hazırlıqlarını davam etdirən komandamız növbəti yoxlama oyununu keçirib. Komandamız "ASK Arena"da "İrəvan"la qarşılaşıb. Futbolçularımız rəqibini 3 cavabsız topla məğlub edib. Komandamızın heyətində Əli Mürsəlov, Cəlal Cəbrayılov və Emil Qasımov fərqlənib.

Yeni mövsümün püşkü atıldı

Bazar, 27 Avqust 2023 21:42

I Liqada 2023-24-cü illər mövsümünün püşkü atılıb. "Şamaxı" ilk turda səfərdə "Qaradağ Lökbatan"ın qonağı olacaq.

 

I Liqa

“Difai Ağsu” – MOİK
“Zaqatala” – “İrəvan”
“Karvan” – “Mingəçevir”
“Qaradağ Lökbatan” – “Şamaxı”
“Araz Saatlı” – “İmişli”

"Şamaxı" FK-nın maliyyə hesabatı

Cümə, 05 May 2023 11:41

"Şamaxı" Futbol Klubunun ötən il üçün maliyyə hesabatını təqdim edirik 

12 -dən səhifə 12

Son xəbərlər

   Phone:   +994 12 594 43 51

   Address:  Şamaxı, A.Məmmədağa,34

   Email:  info@shamakhifc.az