Şamaxı Futbol Akademiyasında komandalarımız növbəti oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:
U-12 Liqası
Kürdəmir - Şamaxı <
U-13 Liqası
Kürdəmir - Şamaxı 0:13
U-14 Liqası
Şamaxı - Hindarx (Ağcabədi) 2:2
U-15 Liqası
Dinamo (Bakı) - Şamaxı 2:3
U-17 Liqası
Şamaxı - EFA 1:10
Gənclər Liqası
Sabah - Şamaxı 4:0
Misli Premyer Liqasında XVIII turun oyunları keçirilib. İlin son oyununda "Şamaxı" doğma meydanda "Sabah"ı qəbul edib. Oyuna sürətli başlayan komandamız 23-cü dəqiqədə Edqar Adilxanovla hesabı açıb. Rəqib ilk hissənin sonlaırnda hesabı bərabərləşdirib və ilk hissə 1:1 hesabı ilə başa çatıb. Komandamız ikinci hissəyə də qollarla başlayıb. 55-ci dəqiqədə hücumçumuz Belajdi Pusi hesabı 2:1 edib, 7 dəqiqə sonra kapitan Leroy Mikels komandamızın üçüncü qolunu vurub və qarşılaşma komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Şamaxı" mövsümün ilk yarısını 17 xalla 7-ci pillədə başa vurub.
Misli Premyer Liqası, 18-ci tur
22 dekabr
14:00.“Şamaxı” – “Sabah” - 3:1
Qollar: Edqar Adilxanov, 23 (1:0), Pavol Safranko, 38 (1:1), Belajdi Pusi, 55 (2:1), Leroy Mikels, 62 (3:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov
Misli Premyer Liqasında III turdan təxirə salınmış oyunda “Şamaxı” “Qarabağ”ı qəbul edib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada komandamız matçın son dəqiqəsində qapısında gördüyü qolla rəqibinə 0:1 hesabı ilə məğlub olub.
U-17 komandamız U-17 Liqasında növbəti oyununu keçirib. Komandamız səfərdə “Neftçi” ilə qarşılaşıb və rəqibinə 0:14 hesabı ilə məğlub olub.
Şamaxl Futbol Akademiyasında komandalarımız növbəti oyunlarını keçirib. Qeydə alınan nəticələri təqdim edirik:
U-14 Liqası
Mil (Beyləqan) - Şamaxı 1:4
U-15 Liqası
Qarabağ - Şamaxı 9:0
U-16 Liqası
Mübariz - Şamaxı 2:1
U-17 Liqası
Dinamo (Bakı) - Şamaxı 14:0
Gənclər Liqası
Şamaxı - Neftçi 2:1
Əvəzedicilər Liqasında XVII turun oyunları keçirilib. “Şamaxı-2” bu turda doğma meydanda “Səbail-2”ni qəbul edib və rəqibini 4:2 hesabı ilə məğlub edib. Komandamızın heyətində Səbayıl Bağırov (2), Qurban Səfərov və Ramin Əhmədov fərqlənib.
Misli Premyer Liqasında XVII turun oyunlarına start verilib. Turun açılış matçında “Şamaxı” doğma meydanda “Səbail”i qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Misli Premyer Liqası
17-ci tur
14 dekabr (şənbə)
14:00. “Şamaxı” - “Səbail” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu
Şamaxı Futbol Akademiyasında komandalarımız növbəti turların oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:
U-10 Liqası
Şamaxı - Lokomotiv (Ucar) >
U-11 Liqası
İsmayıllı - Şamaxı <
U-12 Liqası
Şamaxı - Difai
Rəqib oyuna gəlməyib
U-14 Liqası
Şamaxı - Çinar (Göyçay) 6:1
U-15 Liqası
Şamaxı - Zirə 0:3
U-16 Liqası
Zirə - Şamaxı 5:1
U-17 Liqası
Turan Tovuz - Şamaxı 10:0
Gənclər Liqası
Turan Tovuz - Şamaxı 1:1
Əvəzedicilər Liqasında XVI turun oyunları keçirilib. “Şamaxı-2” səfərdə “Turan Tovuz-2”nin qonağı olub və rəqibinə 0:6 hesabı ilə məğlub olub.
“Şamaxı” iki futbolçusu ilə yollarını ayırıb. Müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə müqavilələrə xitam verilib. Xitamın səbəbləri barədə klub hal-hazırda hər hansı bir başqa açıqlama verməyi lazım bilmir. Ümid edirik ki, media və kütləvi informasiya nümayəndələri bu mövqeyə anlayış göstərəcəklər.