Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Lüksemburq, 10-da isə evdə Serbiya yığması ilə qarşılaşacaq. 3 futbolçumuz: Rauf Rüstəmli, Rüfət Abbasov və Qurban Səfərov yığma komandamıza dəvət alıb.
Əvəzedicilər Liqasında V turun oyunları keçirilib. “Şamaxı-2” səfərdə “Neftçi-2”nin qonağı olub və rəqibinə 0:4 hesabı ilə məğlub olub.
Misli Premyer Liqasında V turun oyunları keçirilir. “Şamaxı” doğma stadionunda “Neftçi”ni qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Komandamız bu heç-heçə ilə xallarının sayını 5-ə çatdıraraq turnir cədvəlində yeddinci pillədə qərarlaşıb.
Akademiyamızda iki komanda növbəti oyununa çıxıb. U-15 komandamız doğma meydanda “Dinamo”nu 3:0 hesabı ilə məğlub edib. U-16 komandamız səfərdə “Sabah”a 1:13 hesabı ilə məğlub olub.
Əvəzedicilər Liqasında IV tura yekun vurulub. “Şamaxı-2” Şamaxı şəhər stadionunda “Zirə-2”ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb 0:0.
Geridə qalan həftədə akadmeiyamızda 3 komanda yeni mövsümdə ilk matçlarına çıxıb.
U-16 komandamız Şamaxı şəhər stadionunda "Mübariz FA" komandasına 1:2 hesabı ilə məğlub olub. U-17 komandamız səfərdə "Zirə"yə 0:24 hesabı ilə məğlub olub. U-19 komandamız da Gənclər Liqasının ilk turunda "Araz Naxçıvan"a 1:3 hesabı ilə məğlub olub.
Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurulub.
Turun son matçında "Şamaxı" səfərdə "Zirə" ilə qarşılaşıb. Oyun komandamızın 1:0 hesablı qələbəsii ilə başa çatıb. Qarşılaşmada yeganə qolu hücumçumuz Leroy Mikels vurub.
20:30. “Zirə” – “Şamaxı” - 0:1
Qol: Leroy Mikels, 16
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Rəşad Əhmədov
Zirə İK stadionu.`
Əvəzedicilər Liqasında III turun oyunları keçirilib. “Şamaxı-2” doğma meydanda “Qarabağ-2” ilə 1:1 hesablı heç-heçə edib. Komandamızın heyətində Səbayıl Bağırov fərqlənib.
“Şamaxı” bu gün yoxlama oyununda “Zaqatala”nı 5:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində Belajdi Pusi (2), Brahim Konate (2) və Conatan Benteke fərqlənib.
“Şamaxı” yoxlama oyunu keçirəcək. Komandamız avqustun 16-sı, saat 17:30-da Şamaxı şəhər stadionunda I Liqa təmsilçisi “Zaqatala” ilə qarşılaşacaq.