“Şamaxı” gənc qapıçı Sahib Həsənovla müqavilə yeniləyib. Qolkiper ilə iki illik müqavilə imzalanıb.
Danışıqlar nəticəsində Sahib Həsənov növbəti mövsümü icarə əsasında “Difai Ağsu”da keçirəcək.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız Brahim Konateni heyətinə qatıb. Fransalı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtı ilə Fransa U-20 yığmasının üzvü olub. 28 yaşlı futbolçunun son klubu isə İsrailin “Hapoel Afula” olub.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız Belajdi Pusini heyətinə qatıb. Albaniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız “Sabah”dan Rauf Rüstəmlini icarə əsasında heyətinə qatıb. Rüstəmli növbəti bir ili komandamızda keçirəcək.
“Şamaxı”nın yay hazırlıq planı məlum olub. Təlim-məşq toplanışımız Şamaxıda baş tutacaq və iyulun 1-i start götürəcək.
Komandamız hazırlıq zamanı 4 yoxlama oyunu keçirməyi planlaşdırılır. Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız ölkənin perspektivli gənclərindən sol cinah müdafiəçisi, U-21 yığmamızın üzvü, 19 yaşlı Rüfət Abbasovu heyətinə qatıb. Abbasovla iki illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız yarımmüdafiəçi İlkin Muradovu heyətinə qatıb. Muradovla bir illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız müdafiəçi Rafael Məhərrəmlini heyətinə qatıb. Məhərrəmli ilə bir illik müqavilə imzalanıb.
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız müdafiəçi Adil Nağıyevi heyətinə qatıb. Nağıyevlə bir illik müqavilə imzalanıb.
“Şamaxı” növbəti mövsüm üçün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Geridə qalan mövsümdə komandanın kapitanı Emin Zamanovla yeni müqavilə imzalanıb. Yarımmüdafiəçi daha bir il “Şamaxı” forması geyinəcək.