editor

editor

Bazar, 26 May 2024 07:34

U-13 komandamız məğlub oldu

U-13 Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. U-13 komandamız Şamaxı şəhər stadionunda “Ulduz” FA-nı qəbul edib. İlk matçda rəqibinə 1:4 hesabı ilə məğlub olan komandamız bu matçda 1:3 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.

Bazar ertəsi, 20 May 2024 05:52

U-13 komandamız məğlub oldu

U-13 Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Komandamız səfərdə “Ulduz” FA ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub. Tərəflər arasında cavab matçıda mayın 21-də Şamaxı şəhər stadionunda keçiriləcək.

Cümə, 17 May 2024 10:17

Komandamız liderliyə yüksəldi

I Liqada 26-cı turun oyunları keçirilib. “Şamaxı” səfərdə “Qaradağ Lökbatan”ın qonağı olub. Oyunda meydan sahibləri hesabı açıb, daha sonra Emin Zamanov hesabı bərabərləşdirsə də, rəqib yenidən önə keçib və fasiləyə 2:1 hesabı ilə irəlidə yollanıb. İkinci hissəyə sürətli başlayan komandamız Emin Zamanovla 48 və 52-ci dəqiqələrdə fərqlənərək hesabı 3:2 öz xeyrinə edib. Qalan dəqiqələrdə başqa qol olmayıb və bu qələbəylə xallarının sayını 54-ə çatdıran komandamız mövsümün sonuna 1 tur qalmış turnir cədvəlində ilk pilləyə yüksəlib.

Çərşənbə, 15 May 2024 18:49

U-13 komandamızın rəqibi bilindi

U-13 Liqasında final mərhələsinin püşkü atılıb. U-13 komandamız ölkə çempionatının 1/8 final mərhələsində “Ulduz” FA komandası ilə qarşılaşacaq. Tərəflər arasında ilk matç mayın 18-i, saat 16:00-da Bakıda keçiriləcək.

Şənbə, 11 May 2024 09:06

Komandamız 3 xalı 3 qolla qazandı

I Liqada 25-ci turun oyunları keçirilib. “Şamaxı” bu turda doğma şəhərdə “Karvan”ı qəbul edib. Komandamız Emin Zamanov, Qurban Səfərov və Bəhruz Teymurovun qolları ilə 3:0 hesablı qələbə qazanıb. Bu qələbə ilə xallarının sayını 51-ə çatdıran “Şamaxı” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

"Şamaxı" - "Karvan" - 3:0

Qollar: Emin Zamanov, 19, Qurban Səfərov, 38, Bəhruz Teymurov, 54

I Liqada 24-cü turun oyunlarına yekun vurulub. Son oyun günündə “Şamaxı” səfərdə “Zaqatala”nın qonağı olub. Oyuna sürətli başlayan komandamız 5 və 14-cü dəqiqələrdə ardıcıl iki dəfə fərqlənib. Qolların müəllifləri Qurban Səfərov və Arsen Ağcabəyov olub. Qalan dəqiqələrdə də oyuna nəzarəti əlində saxlayan komandamız 2:0 hesablı qələbə qazanıb. Bu qələbəylə xallarının sayını 48-ə çatdıran “Şamaxı” turnir cədvəlində ikinci pilləyə yüksəlib.

 

"Zaqatala" - "Şamaxı" - 0:2

Qollar: Qurban Səfərov, 5, Arsen Ağcabəyov, 14

Cümə, 26 Aprel 2024 22:53

Komandamızdan növbəti qələbə

I Liqada cari mövsümün XXIII turun oyunları keçirilib. Bu turda “Şamaxı” doğma meydanda “Difai Ağsu”nu qəbul edib. Komandamız bu matçda 2:1 hesablı qələbə qazanıb. 

 

"Şamaxı" - "Difai Ağsu" - 2:1

Qollar: Səbayıl Bağırov, 34, Bəhruz Teymurov, 55 - Kristian Kamta, 76

Bu gün Avropa Klublar İttifqanın (Union of European Clubs, UEC) onlayn formatda illik ümumi yığıncağı keçirilib. Bir sıra məsələlər müzakirə edildikdən sonra UEC ilk İdarə heyətini seçib.

İdarə heyətində UEC-ə üzv olan ilk Azərbaycan klubu “Şamaxı”nın idarə heyətinin sədri Elçin Usub da yer alıb.
İdarə heyətində “Şamaxı” ilə yanaşı “Osasuna” (İspaniya), “Börnli” (İngiltərə), “Makkabi” (Netanya, İsrail) kimi klubların rəsmiləri də yer alıb.

Avropa futbolunda kiçik və orta peşəkar futbol klublarının maraqlarının təmsilçisi olan UEC-in əsas məqsədlərindən biri mövcud resursların, xüsusilə, maliyyə resurslarının daha ədalətli bölünməsini təmin etməkdir.

Qurum hazırda UEFA-nın 25 üzv assosiasiyasının 141 klubunu birləşdirir.

Üzvlər arasında “La Liga” və Böyük Britaniyanın bir çox klublarını birləşdirən “Fair Game” təşkilatı da yer alır.

İdarə Heyətinə seçilən Elçin Usub bu təyinatla bağlı öz fikirlərini də bildirib:

“Avropa Klublar İttifaqının əsas məqsədləri və ideyaları Azərbaycan üçün də aktualdır və burada görüləsi işlər çoxdur. UEC-in İdarə heyətinin üzvü kimi ölkəmizdə də bu məqsədlər uğrunda sözümüzü daha da inamlı demək üçün bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Fürsətdən istifadə edib vaxtilə mənə etimad göstərib, Azərbaycan futbolunu bu təşkilatın ilk tədbirlərinin birində təmsil etməyə səlahiyyətləndirən bütün 1-ci liqa klublarına və PFL-ə təşəkkür edirəm”.

Çərşənbə axşamı, 23 Aprel 2024 06:19

U-13 komandamızdan növbəti qələbə

 

U-13 Liqasında ikinci qrup mərhələsinin oyunlarına yekun vurulub. Komandamız Ağsu şəhər stadionunda “İmişli” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə qrupda 100 faizlik nəticə göstərən “Şamaxı” adını son 16 komandanın sırasına yazdırdı.

YER

KOMANDA

O

Q

H

M

VQ

BQ

T/F

XAL

1

Şamaxı FK

5

5

0

0

27

2

25

15

2

Araz Saatlı

5

4

0

1

19

8

11

12

3

Olimpiya (Ağcabədi)

5

2

1

2

12

17

-5

7

4

Ağdam FK

5

2

0

3

8

16

-8

6

5

İmişli FK

5

1

0

4

7

13

-6

3

6

Kürdəmir FK (Kürdəmir)

5

0

1

4

1

18

-17

1

 

Çərşənbə, 17 Aprel 2024 22:30

Komandamız 6 qolla sevindi

I Liqada 22-ci turun oyunlarına start verilib. Turin ilk matçında “Şamaxı” səfərdə “İrəvan”ın qonağı olub. Oyunun ilk dəqiqələrində meydan sahibləri hesabı açıb, bu qoldan sonra toparlanan komandamız ilk hissədə 3 qol vuraraq fasiləyə 3:1 hesabı ilə yollanıb. İkinci hissəyə də sürətli başlayan futbolçularımız ardıcıl 3 dəfə meydan sahiblərini mərkəzə dəvət edib. Oyunda son nöqtəni “İrəvan” qoyub 2:6

 

17 aprel

"İrəvan" - "Şamaxı" - 2:6
Qollar:
Samir Qurbanov, 4, Bayram Əliyev, 85 - Bəhruz Teymurov, 31, Elşad Tağıyev, 33-pen. 53, 82-pen. Qurban Səfərov, 37, Səbayıl Bağırov, 67