Bu gün aşağı yaş qrupları üzrə komandaların ölkə çempionatında növbəti turun oyunları keçirilib. U-11 komandamız “Çinar”ı (Göyçay), U-12 komandamız “Kürdəmir”i məğlub edib. U-13 komandamız da “Kürdəmir”i 9:0 hesabı ilə məğlub edib.
Klubumuzun İdarə Heyətinin sədri Elçin Usub da hər 3 komandamızın oyununu izləyib, oyundan sonra azyaşlılarla görüşüb onları təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb.
Milli komandaların toplanışı ilə əlaqədar I Liqada yaranmış fasilə zamanı komandamız “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirəcək. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma martın 20-si, saat 14:00-da start götürəcək.
13 yaşadək ibarət futbolçulardan ibarət komandamız U-13 Liqasında ilk mərhələni qrup lideri kimi tamamlayıb növbəti mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələdə azyaşlılarımız "Ağdam", "Olimpiya" (Ağcabədi), "Kürdəmir", "Araz Saatlı" və "İmişli" komandaları ilə eyni qrupda yer alıb. Bu mərhələnin oyunlarına martın 16-sı start veriləcək.
I Liqada XVIII turun oyunlarına start verilib. "Şamaxı" bu turda doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib 2:2.
13 mart
"Şamaxı" - "Qaradağ Lökbatan" - 2:2
Qollar: Elşad Tağıyev, 64, Salman Ələsgərov, 82 - Xəyal Bəşirov, 38, Rayan Guibero, 72
Aşağı yaş qrupları üzrə komandaların çempionatlarında növbəti turun oyunları keçirilib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmalarfa 3 komandamız meydana çıxıb. U-11 komandamız “Kürdəmir”i, U-12 komandamız “İsmayıllı”nı məğlub edib. U-13 komandamız da Kürdəmirin eyniadlı təmsilçisini 8 cavabsız topla məğlub edib.
I Liqada XVII turun oyunlarına yekun vurulub. Komandamız səfərdə “Karvan”ın qonağı olub. Qarşılaşmaya sürətli başlatan futbolçularımız 13-cü dəqiqədə Səbayıl Bağırovla hesabı açıb, 26-cı dəqiqədə Bəhruz Teymurov növbəti dəfə meydan sahiblərini meydanın mərkəzinə dəvət edib, bu qoldan sonra Cəlal Cəbrayılov komandamızın üçüncü qolunu vurub. 38-ci dəqiqədə Abbas Ağazadə ilk hissənin hesabını müəyyənləşdirib 4:0. Oyunun sonlarına yaxın Emin Zamanov və Bəhruz Teymurovla daha iki dəfə fərqlənən “Şamaxı” səfərdən 6:0 hesablı qələbə ilə qayıdıb.
Aşağı yaş qrupları üzrə komandaların çempionatlarında növbəti turun oyunları keçirilib. Növbəti oyunlarına çıxan 3 komandamız qələbə qazanıb. U-11 komandamız “Dəmir Yumruq”, U-12 komandamız “Çinar” komandasını məğlub edib. U-13 komandamız da “Çinar” üzərində 8:0 hesablı qələbə qazanıb.
Akademiyamızın azyaşlıları ilə irqçiliklə mübarizə ilə bağlı tədbir keçirilib.Tədbirdə iştirakçılara irqçilik nədir?, irqçilyin mənfi cəhətləri və həyatımızda irqçiliyə yol verilməzliyin vacibliyi vurğulanıb. Futbol arenasında ən ağır
cəzaların məhz irqçiliklə bağlı olduğu xatırlanıb. UEFA-nın “no to racism” şüarının öncəliyi də vurğulanıb. Əlavə olaraq azyaşlılara irqçiliklə bağlı videoroliklər izlədilib.
Şamaxı rayonunda I Liqada mübarizə aparan "Şamaxı” klubunun əsas komandası, U-15 və U-16 komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib.
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.