“Şamaxı” qış təlim-məşq toplanışını bu gün keçirdiyi yoxlama matçı ilə yekunlaşdırıb.
Komandamız Şamaxı şəhər stadionunda “Karvan”ı qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Hər iki qolun müəllifi Salman Ələsgərov olub.
Komandamız iki günlük istirahətin ardından I Liqanın XIII turunda qarşılaşacağı “Mingəçevir”lə oyunun hazırlıqlarına start verəcək.
“Şamaxı” qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Komandamız fevralın 1-i, saat 13:00-da Şamaxı şəhər stadionunda “Karvan”la qarşılaşacaq.
Komandamız qış təlim-məşq toplanışını davam etdirir.
“Şamaxı” bu gün təlim-məşq toplanışı zamanı ikinci yoxlama oyununu keçirib. I Liqa təmsilçisi “Araz Saatlı” ilə qarşılaşan komandamız 3:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Bəhruz Teymurov, Roman Hüseynov və Emin Zamanov fərqlənib.
Xatırladaq ki, komandamız ilk yoxlama oyununda II Liqa təmsilçisi “Füzuli”ni 5:0 hesabı ilə məğlub etmişdi.
“Şamaxı” doğma şəhərdə qış təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanış zamanı daha bir yoxlama oyununu keçirəcək.
Yanvarın 29-da “Şamaxı” öz meydanında digər I Liqa təmsilçisi “Araz Saatlı” ilə qarşılaşacaq. Matç saat 13:00-da start götürəcək.
Xatırladaq ki, ilk yoxlama matçında “Şamaxı” II Liqa təmsilçisi “Füzuli”ni 5:0 hesabı ilə məğlub etmişdi.
Komandamız qış təlim-məşq toplanışını davam etdirir.
“Şamaxı” bu gün təlim-məşq toplanışı zamanı ilk yoxlama oyununu keçirib. II Liqa təmsilçisi “Füzuli” ilə qarşılaşan komandamız 5:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Ramin Əhmədov, Elşad Tağıyev, Emin Zamanov, Elçin Qasımov və yeni transferimiz Roman Hüseynov fərqlənib.
“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Komandamız növbəti transferini reallaşdırıb. Müdafiəçi Arsen Ağcabəyov növbəti mövsümün sonuna qədər komandamızda çıxış edəcək.
Xatırladaq ki, komandamız daha öncə Roman Hüseynov, Bəhruz Teymurov və Səbayıl Bağırovu heyətinə qatıb.
Düz 34 il öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu imperiyanın qərəzli siyasətinə etiraz edən, azadlıq uğrunda ayağa qalxmış xalqımıza qarşı qətliam törətdi.
Bu faciə zamanı canından keçənləri ehtiramla anırıq!
“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Komandamız növbəti transferini reallaşdırıb. “Turan Tovuz”un müdafiəçisi Səbayıl Bağırov mövsümün sonuna qədər icarə əsasında komandamızda çıxış edəcək.
Xatırladaq ki, komandamız daha öncə Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.
“Şamaxı” mövsümün ikinci yarısı üçan heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Komandamız növbəti transferini reallaşdırıb. Hücumçu Bəhruz Teymurov mövsümün sonuna qədər komandamızda çıxış edəcək.
Xatırladaq ki, daha öncə Roman Hüseynov heyətimizə qatılıb.
“Şamaxı” mövsümün ikinci yarısına heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Komandamız artıq ilk transferini reallaşdırıb. Yarımmüdafiəçi Roman Hüseynov mövsümün sonuna qədər komandamızda çıxış edəcək.