Bu gün planlanan “Araz Saatlı” ilə yoxlama oyunu hava şəraiti ilə əlaqədar hər iki tərəfin razılığı ilə ləğv olunub.
Komandamız 3 futbolçusu: müdafiəçi Kənan Quliyev, yarımmüdafiəçi Abbas Ağazadə və hücumçu Elşad Tağıyevlə yeni müqavilə imzanıb. Hər üç futbolçu yeni razılaşmaya əsasən növbəti mövsümün sonuna qədər komandamızın formasını geyinəcək.
Komandamız daha 2 futbolçu ilə yollarını ayırıb. Hücumçular Emil Qasımov və Rövşən Şahmuradovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçuya təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.
Xatırladaq ki, komandamız daha öncə Elçin Rəhimli, Samir Ağayev və Xəyyam Hüseynovla yollarını ayırmışdı.
“Şamaxı” futbolçusu Əbil Əbilovu digər I Liqa təmsilçisi “Difai Ağsu”ya icarəyə verib.
Müdafiəçimiz mövsümün sonuna qədər icarə əsasında Ağsu təmsilçisində çıxış edəcək.
Komandamız daha 2 futbolçu ilə yollarını ayırıb. Müdafiəçi Xəyyam Hüseynov və yarımmüdafiəçi Samir Ağayevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçuya təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.
Xatırladaq ki, komandamız daha öncə Elçin Rəhimli ilə yollarını ayırmışdı.
“Şamaxı” qış təlim-məşq toplanışı zamanı daha bir yoxlama oyunu keçirəcək. Komandamız yanvarın 21-i, saat 14:00-da Şamaxı şəhər stadionunda II Liqa təmsilçisi “Füzuli” ilə qarşılaşacaq.
Xatırladaq ki, komandamız ilk yoxlama oyununda yanvarın 14-ü, Saatlıda “Araz Saatlı” ilə üz-üzə gələcək.
Komandamız mövsümün ikinci yarısının hazırlıqlarına yanvarın 10-da Şamaxıda start verəcək. Komandamızın toplanışı zamanı keçirəcəyi ilk yoxlama oyunun vaxtı da məlum olub. Yanvarın 14-ü, saat 14:00-da “Şamaxı” Saatlı Olimpiya İdman Kompleksinin stadionunda “Araz Saatlı” ilə qarşılaşacaq.
Komandamızda ilk ayrılıq baş tutub. Futbolçumuz Elçin Rəhimli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif edilənlər arasında “Şamaxı” Futbol Klubunun İdarə heyətinin sədri Elçin Usub da yer alıb.
https://president.az/az/articles/view/62893
I Liqada XII turun oyunları keçirilib. İlin son turunda komandamız doğma meydanda MOİK-i qəbul edib. Oyuna sürətli başlayan komandamız 7-ci dəqiqədə kapitan Emin Zamanovla hesabı açıb. Matçın 54-cü dəqiqəsində isə hücumçumuz Elşad Tağıyev rəqib qapısından ikinci topu keçirib. Qarşılaşma 2:0 “Şamaxı”nın xeyrinə başa çatıb. Bu qələbədən sonra xallarının sayını 22-yə çatdıran komandamız qış fasiləsinə ikinci pillədə yollanıb.
14:00. “Şamaxı” – MOİK - 2:0
Qollar: Emin Zamanov. 7-pen. Elşad Tağıyev, 73
Şamaxı şəhər stadionu