editor

editor

Bazar, 26 Noyabr 2023 21:45

3 məşqçi ilə yollar ayrıldı

Xəbər verdiyimiz kimi, baş məşqçimiz Vüqar Əsgərli öz istefası ilə komandadan ayrılıb. Bunun ardından köməkçi məşqçi Zamir Həsənov, analitik Ceyhun Rzayev və qapıçı hazırlığı üzrə məşqçi Şahin Hüseynov da komandadan ayrılmaq istədiyini bildirib. Qarşılıqlı razılaşma əsasında hər 3 məşqçi ilə müqavilələrə xitam verilib.

Bazar ertəsi, 27 Noyabr 2023 23:12

MƏLUMAT

Xəbər verdiyimiz kimi, “Karvan”la oyundan sonra baş məşqçimiz Vüqar Əsgərli istefa verdiyindən onunla yollarımız ayrılmışdır.
Klub rəhbərliyi komandanı daha yaxından tanıyan bir mütəxəssisə ehtiyac olduğunu nəzərə alaraq tanınmış sabiq milli üzvü, baş məşqçi və hazırda İdarə Heyətimizin sədr müavini Ramiz Məmmədovu bu işə cəlb edib. Ramiz Məmmədov İdarə heyətinin sədr müavini olmaqla yanaşı mövsümün sonuna kimi komandamızın baş məşqçisi kimi də fəaliyyət göstərəcək.
Ramiz Məmmədova bu yolda uğurlar arzulayırıq.

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.

Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 3 komandası da Şamaxı şəhər stadionunda növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında Göyçayın "Çinar" komandasını məğlub edib. U-12 komandamız "Kürdəmir"dən üstün olub.

U-13 Liqasında isə azyaşlılarımız Ucarın "Lokomotiv" komandasını 9:0 hesabı ilə məğlub edib.

Şənbə, 25 Noyabr 2023 22:32

MƏLUMAT

I Liqanın IX turunda komandamızın “Karvan”a məğlubiyyətindən sonra baş məşqçimiz Vüqar Əsgərli klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
“Şamaxı” Futbol Klubu göstərdiyi xidmətlərə görə Vüqar Əsgərliyə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Şənbə, 25 Noyabr 2023 22:24

"Şamaxı" - "Karvan" 2:4

I Liqada ilk dövrəyə yekun vurulub.

Komandamız bu turda Şamaxı şəhər stadionunda "Karvan"ı qəbul edib. Qonaqlar ardıcıl iki qol vuraraq oyuna üstün başlayıb, ilk hissənin sonunda komandamız hesab arasındakı fərqi minimuma endirib. İkinci hissəyə sürətli başlayan komandamız hesabı bərabərləşdirib. Matçın 72 və 84-cü dəqiqələrində rəqib daha iki qol vuraraq 4:2 hesabı ilə qalib gəlib.

 

24 noyabr

1-ci Liqa
9-cu tur

14:00."Şamaxı" - "Karvan" - 2:4

Qollar: Ruslan Süleymanov, 11 (0:1), Əli Abdullayev, 24 (0:2), Emin Zamanov, 45+2-pen. (1:2), Elşad Tağıyev, 47 (2:2), Əli Abullayev, 72-pen. (2:3), Ruslan Voronsov, 84 (2:4)

Baş hakim: Nicat İsmayıllı

Stadion: Şamaxı şəhər stadionu

 

Şənbə, 18 Noyabr 2023 21:03

3 komandamızdan qələbə

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.

Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 3 komandası da növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında "Kürdəmir" komandasını məğlub edib. U-12 komandamız "İsmayıllı"nı məğlub edib.

U-13 Liqasında isə azyaşlılarımız "Kürdəmir"ı 8:0 hesabı ilə məğlub edib.

Şənbə, 18 Noyabr 2023 21:02

Komandamız yoxlama oyunu keçirdi

Milli komandaların oyunları ilə əlaqədər I Liqada yaranmış fasilədə komandamız bu gün “Qaradağ Lökbatan”la yoxlama oyunu keçirib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb, komandamızın heyətində Emil Qasımov və Salman Ələsgərov fərqlənib.

Cümə axşamı, 16 Noyabr 2023 06:45

Komandamız yoxlama oyunu keçirəcək

Milli komandaların oyunları ilə bağlı I Liqada yaranmış fasilədə komandamız yoxlama oyunu keçirəcək. “Şamaxı” noyabrın 17-si, saat 13:00-da “Neftçi Futbol Mərkəzi”ndə “Qaradağ Lökbatan”la qarşılaşacaq.

Çərşənbə axşamı, 14 Noyabr 2023 21:18

3 futbolçumuz U-21 millimizdə

Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində noyabrın 17-də “Dalğa Arena”da Latviya, AÇ seçmə mərhələsi çərçivəsində noyabrın 21-də isə İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda Ukrayna yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. 3 futbolçumuz: Samir Məhərrəmli, Süleyman Damadeyev və Qurban Səfərov siyahıda yer alıb.

Cümə, 20 Oktyabr 2023 23:44

"Şamaxı"dan ilk məğlubiyyət

I Divizionda V turun oyunları keçirilib. Komandamız bu turda Şamaxı şəhər stadionunda "Mingəçevir"i qəbul edib. Qarşılaşma komandamızın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

20 oktyabr (cümə)

15:00. “Şamaxı” – “Mingəçevir” - 2:3

Qollar: Adil Nəsibov, 18 (0:1), 43 (0:2), Elşad Tağıyev, 45+1 (1:2), Cəlal Cəbrayılov, 70 (2:2), Əsədulla Heydərov, 81 (2:3)

Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Anar Bədəlov, Murad Səlimov

Şamaxı şəhər stadionu

 

   Phone:   +994 12 594 43 51

   Address:  Şamaxı, A.Məmmədağa,34

   Email:  info@shamakhifc.az