editor

editor

Çərşənbə, 04 Oktyabr 2023 22:52

MOİK - "Şamaxı" matçında 6 qol

I Divizionda IV turun oyunları keçirilir. "Şamaxı" bu turda səfərdə MOİK-in qonağı olub. Qarşılaşmaya meydan sahibləri sürətli başlayıb, 23 və 27-ci dəqiqələrdə iki qol vurub. 40-cı dəqiqədə kapitanımız Emin Zamanov cərimə zərbəsindən möhtəşəm qolla hesab arasındakı fərqi minimuma endirib. İkinci hissəyə fəal başlayan komandamız 47-ci dəqiqədə Qurban Səfərovla hesabı bərabərləşdirib. 4 dəqiqə sonra rəqib penalti zərbəsindən yararlanaraq hesabda yenidən önə keçib. Oyunun sonlarına yaxın Elşad Tağıyev fərqlənərək hesabı bərabərləşdirib və oyunun yekun nəticəsini təyin edib.

 

MOİK - "Şamaxı" - 3:3
Qollar
: İsa Zeynallı, 23 (pen.), 51 (pen.), Elvin Valiev, 27 - Emin Zamanov, 40, Qurban Səfərov, 47, Elşad Tağıyev, 87
Qırmızı vərəqə: İsa Zeynallı, 57 (MOİK) - Emin Zamanov, 55 ("Şamaxı")

 

Şənbə, 11 Noyabr 2023 23:45

Edqar Adilxanov U-19 millimizdə

Noyabrın 13-dən 22-dək Lüksemburqda təşkil ediləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Komandamızın üzvü Edqar Adilxanov millimizə dəvət alıb.

Azərbaycan – Bosniya və Herseqovina
15 noyabr. Stade de la Frontiere. Saat 19:00
Baş hakim: Mikkel Redder (Danimarka)
Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
 
Niderland – Azərbaycan
18 noyabr. Terrain Poetz stadionu. Saat 19:00
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
 
Lüksemburq – Azərbaycan
21 noyabr. Terrain Poetz stadionu. Saat 21:00
Baş hakim: Yoonas Yaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus)
Dördüncü hakim: Dmitri Dmitryiev (Belarus)
 
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Şənbə, 11 Noyabr 2023 23:41

AKADEMİYA: 2 qələbə, 1 məğlubiyyət

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.

Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 3 komandası da növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında "Dəmir Yumruq" komandasını məğlub edib. U-12 komandamız "Çinar Göyçay"a məğlub olub.

U-13 Liqasında isə azyaşlılarımız "Çinar Göyçay"ı 11:0 hesabı ilə məğlub edib.

Şənbə, 11 Noyabr 2023 23:37

Zaqatala - Şamaxı 1:1

I Dİvizionda VIII turun oyunları keçirilib. Komandamız bu turda səfərdə "Zaqatala"nın qonağı olub. Qarşılaşmaya sürətli başlayan "Şamaxı" 14-cü dəqiqəsində Elşad Tağəyevlə hesabı açıb. İlk hissə bu hesabla da başa çatıb. İkinci hissənin əvvəllərində meydan sahibləri hesabı bərabərləşidirib. Matçın qalan dəqiqələrində başqa qol vurulmayıb və qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

14:00. “Zaqatala” – “Şamaxı” - 1:1
Qollar
: Elşad Tağıyev, 14 (0:1), Bəhruz Teymurov, 57 (1:1)
Zaqatala OİK stadionu

Bazar ertəsi, 06 Noyabr 2023 22:24

AKADEMİYA: Hər üç komandamızdan qələbə

Aşağı yaş qrupları üzrə ölkə çempionatlarında növbəti turun oyunları keçirib.

Mərkəz regionunda çıxış edən "Şamaxı"nın 3 komandası da növbəti oyunlarına çıxıb. 11 yaşadək futbolçulardan ibarət komandamız U-11 Liqasında İsmayıllının eyniadlı komandasını məğlub edib. U-12 komandamız "Kürdəmir"dən üstün olub.

U-13 Liqasında isə azyaşlılarımız "İsmayıllı"nı 13:0 hesabı ilə məğlub edib.

Bazar ertəsi, 06 Noyabr 2023 22:18

Komandamız "Difai Ağsu"nu məğlub etdi

I Liqada VII turun oyunları keçirilib.

"Şamaxı" bu turda Şamaxı şəhər stadionunda "Dİfai Ağsu" komandasını qəbul edib. Komandamız Elşad Tağıyev və Cəlal Cəbrayılovun qolları ilə 2:0 hesablı qələbə qazanıb.

Azərbaycan 1-ci liqası, 7-ci tur

1 noyabr

"Şamaxı" - "Difai Ağsu" - 2:0

Qollar: Elşad Tağıyev, 16, Cəlal Cəbrayılov, 45

I Liqada III turun oyunları keçirilir.

Komandamız bu turda səfərdə "İmişli"nin qonağı olub. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matçda komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Emin Zamanov het-triklə yadda qalıb.

15:30. “İmişli” – “Şamaxı” - 0:3

Qollar: Emin Zamanov, 47-pen; 63-pen; 66

 

 

Cümə, 22 Sentyabr 2023 02:59

"Şamaxı" - "Araz Saatlı" 8:0

 

Cümə, 22 Sentyabr 2023 02:27

"Şamaxı" - "Araz Saatlı" 8:0

I Liqada ikinci turun oyunları keçirilib. Komandamız Şamaxı şəhər stadionunda "Araz Saatlı"nı qəbul edib. Komandamız bu qarşılaşmada 8:0 hesablı qələbə qazanıb. Komandamız bu qələbəylə xallarının sayını dördə çatdırıb.

"Şamaxı" - "Araz Saatlı" 8:0

Qollar: Cəlal Cəbrayılov, 17, 21, 34, Elşad Tağıyev, 27 (pen), Emin Zamanov, 37, Samir Məhərrəmli, 52, Elçin Qasımov, 60, Salman Ələsgərov, 89

I Liqada 2023-24-cü illər mövsümünə start verilib. Komandamız ilk turda səfərdə "Qaradağ lökbatan"ın qonağı olub. "Neftçi" Futbol Mərkəzində keçirilən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Komandamızın heyətində Emil Qasımov fərqlənib.

 

 

15 sentyabr 2023. Saat 17:00. Neftçi Futbol Mərkəzi (IV meydança). 95 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
Dördüncü hakim: İslam Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Xəlil Bəşirov, 11 (qeyri-idman hərəkəti) // Emin Zamanov, 61 (qeyri-idman hərəkəti); Salman Ələsgərov, 71 (qeyri-idman hərəkəti); Ramin Əhmədov, 90+3 (hakimin qərarına etiraz); Əkpər Vəliyev, 90+3 (hakimin qərarına etiraz)
Qollar: 
Seyxan Fərəcov, 52 // Emil Qasımov, 50  
Artırılan vaxt: I hissədə - 1 dəq.;  II hissədə - 5 dəq.

 

“Qaradağ Lökbatan”

25. Əmrah Zülfüqarlı
77. Sərxan Abdullayev
8. Urfan İsmayılov (k)
5. Murad Qayalı
6. Xəyal Tomarov
17. Kənan Cəfərov
(27. Mircamal Əlizadə, 90+2)
7. Sultan Mustafayev
(22. Mehman Məsimov, 85)
9. Xəlil Bəşirov
11. Seyxan Fərəcov
15. Mehdi Tahirov
4. Asif Məmmədov

Ehtiyat oyunçular:

90. Cavidan İzzətli
21. Novruz Məmmədov
88. Tunar Mütəlimov
33. Fərid Kərimov
44. Cavidan Rəhimli
3. İsa İsayev
14. Orxan Əliyev
19. Mehdi Həşumov

Baş məşqçi:  Azər Həşimov

“Şamaxı”

1. Əkpər Vəliyev
17. Elçin Rəhimli
77. İbrahim Aslanlı
(9. Qurban Səfərov, 62)
10. Emin Zamanov (k)
21. Abbas Ağazadə
23. Rövşən Şahmuradov
(99. Cəlal Cəbrayılov, 62)
7. Emil Qasımov
(97. Elşad Tağıyev, 77)
80. Zahid Mərdanov
(74. Süleyman Damadeyev, 46)
13. Ramin Əhmədov
44. Salman Ələsgərov
56. Samir Ağayev
(88. Elçin Qasımov, 62)

Ehtiyat oyunçular:

62. Abdulla Seydəhmədov
22. Sahib Həsənov
4. Kənan Quliyev
20.Əli Mürsəlov
11. Samir Məhərrəmli
72. Xəyyam Hüseynov
8. Edqar Adilxanov

Baş məşqçi: Vüqar Əsgərli

   Phone:   +994 12 594 43 51

   Address:  Şamaxı, A.Məmmədağa,34

   Email:  info@shamakhifc.az