editor

editor

Cümə axşamı, 29 Fevral 2024 00:04

"Şamaxı" - "Zaqatala" 1:1

I Liqada XVI turun oyunlarına start verilib. Komandamız bu turda Şamaxı şəhər stadionunda "Zaqatala"nı qəbul edib. Oyuna sürətli başlayan futbolçularımız matçın 13-cü dəqiqəsində Səbayıl Bağırovun baş zərbəsi ilə hesabı açıb. "Şamaxı" daha bir neçə dəfə fərqlənməyə yaxın olsa da, bu şanslardan istifadə edə bilməyib. Əvəzində "Zaqatala" oyunun əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə hesabı bərabərləşdirib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

“Şamaxı” – “Zaqatala” - 1:1

Qollar: Səbail Bağırov, 13 (1:0), Nicat Oruclu, 90+4 (1:1)


 

Bazar ertəsi, 26 Fevral 2024 00:37

Xocalı faciəsindən 32 il ötür

Xocalı soyqırımından 32 il ötür

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Bazar ertəsi, 26 Fevral 2024 00:33

3 komandamızdan qələbə

Aşağı yaş qrupları üzrə komandaların ölkə çempionatlarında növbəti turun oyunları keçirilib. Şamaxı şəhər stadionunda keçirilən turda 3 komandamız meydana çıxıb. U-11 komandamız “İsmayıllı”, U-12 komandamız isə “Kürdəmir”dən üstün olub. 13 yaşadək futbolçulardan ibarət komandamız isə İsmayıllının eyniadlı komandasını 10:0 hesabı ilə məğlub edib.

Cümə, 23 Fevral 2024 00:36

"Difai Ağsu" - "Şamaxı" 0:0

I Liqada XV turun oyunları keçirilib. "Şamaxı" səfərdə "Difai Ağsu" ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.Komandamız 15 turdan sonra 29 xalla turnir cədvəlinin lideridir.

 

Bazar, 18 Fevral 2024 17:30

İki komandamız qələbə qazandı

Aşağı yaş qrupları üzrə komandaların çempionatlarında növbəti turun oyunları keçirilib. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmalarda iki komandamız qələbə qazanıb.

U-12 komandamız “İsmayıllı”nı məğlub edib. U-13 komandamız da Kürdəmirin eyniadlı komandası üzərində 8 cavabsız topla qalib gəlib.

Cümə axşamı, 15 Fevral 2024 22:31

"Şamaxı" - "İrəvan" 2:0

Cümə axşamı, 15 Fevral 2024 22:25

Komandamız liderliyə yüksəldi

I Liqada cari mövsümün 14-cü turun oyunları keçirilib. Komandamız Şamaxı şəhər stadionunda "İrəvan"ı qəbul edib. Oyuna sürətli başlayan "Şamaxı" 15-ci dəqiqədə Abbas Ağazadə ilə hesabı açıb. Bu qoldan 15 dəqiqə sonra Ramin Əhmədov möhtəşəm zərbə ilə hesabı 2:0 edib. Qarşılaşmanın qalan dəqiqələrində hesab dəyişməyib və komandamız 2:0 hesablı qələbə qazanıb. 

Xallarının sayını 28-ə çatdıran "Şamaxı" turnir cədvəlinin liderliyinə yüksəlib.

15 fevral (cümə axşamı)

15:00. “Şamaxı” – “İrəvan” - 2:0

Qollar: Abbas Ağazadə, 14, Ramin Əhmədov, 31
Şamaxı şəhər stadionu

 

Çərşənbə axşamı, 13 Fevral 2024 21:49

3 komandamızdan qələbə

Aşağı yaş qrupları üzrə komandaların ölkə çempionatı davam edir. 3 komandamız növbəti oyunlarına çıxıb. U-11 və U-12 komandalarımız Göyçayın “Çinar” komandasını məğlub edib. Eyni rəqibin 13 yaşlıları ilə qarşılaşan U-13 komandamız da 11:0 hesabı ilə qalib gəlib.

Cümə axşamı, 08 Fevral 2024 22:54

Komandamız Mingəçevirdən qələbə ilə qayıdır

I Liqada mövsümün ikinci yarısına start verilib. Cari ilin ilk turunda "Şamaxı" səfərdə "Mingəçevir"in qonağı olub. Komandamız çətin səfərdən 1:0 hesablı  qələbə qazanaraq 3 xalla qayıdıb. Yeganə qolumuzun müəllifi matçın 63-cü dəqiqəsində kapitanımız Emin Zamanov olub. 

Komandamız 13 turdan sonra xallarının sayını 25-ə çatdırıb.

 

"Mingəçevir" - "Şamaxı" - 0:1

Qol: Emin Zamanov, 63-pen.

Bazar ertəsi, 05 Fevral 2024 19:57

U-11 və U-12 komandalarımız qələbə qazandı

Aşağı yaş qrupları üzrə komandaların liqalarında növbəti turun oyunları keçirilib. İki yaş qrupu üzrə komandalarımız (U-11 və U-12) Kürdəmirin eyniadlı komandaları ilə qarşılaşıb və hər iki komandamız qələbə qazanıb.