editor

editor

Bazar, 02 İyun 2024 15:20

Təşəkkürlər, Ramiz Məmmədov !

“Şamaxı” Futbol Klubu növbəti mövsümün hazırlıqlarına davam edir.

İdarə heyətinin növbəti iclasında yeni mövsümlə bağlı bir sıra qərarlar qəbul edilib.

İclasda ilk olaraq geridə qalan mövsümdə “Şamaxı”nın 1-ci liqada çempion olmasında baş məşqçi kimi verdiyi tövhəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri minnətdarlığını bildirib və komandanın yenidən Premyer Liqaya qayıtmasında onun böyük əməyinin olduğu qeyd edilib.

Müzakirələr nəticəsində Ramiz Məmmədovun idarə heyətinin sədr müavini kimi fəaliyyətinin daha önəmli olduğu nəzərə alınaraq klubun baş məşqçisi kimi başqa çalışdırıcının dəvət edilməsi qərara alınıb.

“Şamaxı” növbəti mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Komandamız müqaviləsi başa çatan Səbayıl Bağırov ilə yeni müqavilə imzalayıb. Müdafiəçi ilə yeni müqavilənin müddəti iki ildir.

Bazar, 02 İyun 2024 14:15

Əli Mürsəlovla yollar ayrıldı

Komandamızda növbəti ayrılıq baş tutub. Müqaviləsi başa çatan Əli Mürsəlovla yollar ayrılıb.

Hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Cümə, 31 May 2024 23:00

1 futbolçumuz U-21 millimizdə

Azərbaycan U-21 millisinin Slovakiya və Bolqarıstana qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Futbolçumuz Qurban Səfərov milliyə dəvət alanlar siyahısında yer alıb.

Qeyd edək ki, milli komandamız Slovakiya ilə iyunun 7-də Bratislavada, Bolqarıstanla isə 11-də isə Bakıda qarşılaşacaq.

Cümə, 31 May 2024 22:59

Təşəkkürlər, Əbil Əbilov !

Komandamız daha bir futbolçu ilə yollarını ayırıb. Ötən mövsümün əvvəlində “Şamaxı”ya qoşulan Əbil Əbilov qış fasiləsində “Difai Ağsu”ya icarəyə verilmişdi. İcarə müddəti bitən və müqavilə ilə “Şamaxı”ya məxsus olan müdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Futbolçumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Komandamız daha iki futbolçu ilə yollarını ayırıb. Geridə qalan mövsümün əvvəlində icarə əsasında komandamıza qoşulan müdafiəçilər Süleyman Damadayev və Elçin Qasımov icarə müddəti başa çatdığı üçün müqavilə ilə məxsus olduqları klublara geri dönüb.

Hər iki futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.

Cümə axşamı, 30 May 2024 10:23

"Şamaxı"da ilk ayrılıq

Komandamızda ilk ayrılıq baş tutub. Müqaviləsi başa çatan qapıçı Əkpər Vəliyevlə yollar ayrılıb.

Qolkiperə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

 

Çərşənbə axşamı, 28 May 2024 10:50

"Şamaxı" FK-nın maliyyə hesabatı

"Şamaxı" Futbol Klubunun ötən il üçün maliyyə hesabatını təqdim edirik 

 

 

 

 

 

 

Bu gün I Liqada mükafatlandırılma mərasimi keçirilib. Şamaxı şəhər stadionunda keçirilən və təxminən 2200 azarkeşin iştirak etdiyi mərasim konsert tədbiri ilə başlayıb. Şamaxının məşhur ifaçıları konsertdə çıxış edib. Sonda mövsümün əksər oyunlarında komandanın daim yanında olan iki azarkeş: Etibar Bayramov və Davud Fətullayev klubun idarə heyətinin sədri Elçin Usub tərəfindən mükafatlandırılıb.

 

Daha sonra Peşəkar Futbol Liqası tərəfindən  tədbirin ikinci hissəsi start götürüb. Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, PFL-in texniki idman departamentinin rəhbəri Elgiz Abbasov və prezidentin müşaviri Məlik Həsınov tərəfindən I Liqanın çempionu “Şamaxı”ya qızıl medallar və çempionluq kuboku təqdim edilib. Sonda futbolçular çempionluq sevincini azarkeşlərlə bölüşüb.

Bazar, 26 May 2024 07:36

“Şamaxı” ÇEMPİON !

I Liqada 2023-24-cü illər mövsümünün son turunun oyunları keçirilib. “Şamaxı” bu turda “Araz Saatlı”nı qəbul edib. Qarşılaşma 3:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bu qələbə ilə xallarının sayını 57-yə çatdıran komandamız çempionluğunu da rəsmiləşdirib və növbəti mövsümdən Premyer Liqada çıxış etməyə vəsiqə əldə edib.