Ölkəmizi Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Klub qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib. “Qarabağ” klubunun müraciətini, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib. Təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat veriləcək.
“Şamaxı” növbəti transferini reallaşdırıb.
Komandamız almaniyalı hücumçu Leroy Mikelsi heyətinə qatıb. 29 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Mikelsin son klubu Səudiyyə Ərəbistanın “Əl Taraji” klubu olub.
Əvəzedicilər Liqasında cari mövsümün II turun oyunları keçirilib. “Şamaxı-2” səfərdə “Araz-Naxçıvan-2”nin qonağı olub. Komandamız rəqibinə 1:2 hesbaı ilə məğlub olub, yeganə qolu Elşad Tağıyev vurub.
Komandamızın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın II turunda baş tutan “Araz Naxçıvan” - “Şamaxı” oyunsonrası mətbuat konfransında oyun haqda fikirlərini bildirib:
“Bizim üçün uğursuz bir nəticə oldu. Hesabı bərabərləşdirmək üçün imkanlarımız olsa da, istifadə edə bilmədik. İndi çempionatın əvvəlidir, oyundan-oyuna daha da yaxşı olacağıq. Top buraxdıqdan sonra komandamın verdiyi reaksiyadan razı qaldım. Bəzi futbolçular bizim çempionat üçün hələ yenidir. Mən qarşımıza qoyulan məqsədə çatacağımıza əminəm. Komandama tam olaraq inanıram“.
Premyer Liqanın II turunda “Şamaxı” səfərdə “Araz-Naxçıvan”ın qonağı olub. “Liv Bona Dea Arena”da baş tutan qarşılaşmada komandamız rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Azərbaycan Premyer Liqası
II tur
10 avqust
18:45 "Araz-Naxçıvan" - "Şamaxı" 1:0
Qol: Ramon Maçado, 59
Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena
Əvəzedici komandaların çempionatında yeni mövsüm start götürüb. “Şamaxı-2” komandası ilk turda “Sabah-2”ni qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb, komandamızın heyətində Elşad Tağıyev fərqlənib.
“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb. Yarımmüdafiəçi Abbas Ağazadə ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Abbas Ağazadəyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Premyer Liqanın 2024-25-ci illər mövsümünün ilk turunda “Şamaxı” səfərdə “Sabah”ın qonağı olub. Oyuna sürətli başlayan meydan sahibləri ardıcıl ikinci dəfə fərqlənib. İlk hissənin sonuncu dəqiqələrində komandamız Rüfət Abbasovla hesab arasındakı fərqi minimuma endirib. İkinci hissənin əvvəlində hücumçumuz Belajdi Pusi hesabı bərabərləşdirib. Qalan dəqiqələrdə başqa qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
1-ci tur
4 avqust
“Sabah” – “Şamaxı” 2:2
Qollar: Namik Ələskərov, 16. Xəyal Əliyev, 37 – Rüfət Abbasov, 44. Belayi Pusi, 52.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komandamız serbiyalı müdafiəçi Vasiliye Bakiçi heyətinə qatıb. 24 yaşlı mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Bakiçin son klubu Serbiyanın “Radniçki” olub.