editor

editor

Çərşənbə, 25 Sentyabr 2024 07:24

U-15 komandamız məğlub oldu

U-15 Liqasının təxirəsalınmış oyununda “Şamaxı” “Qarabağ”ı qəbul edib. Azyaşlılarımız rəqibinə 0:8 hesabı ilə məğlub olub.

Bazar ertəsi, 23 Sentyabr 2024 08:02

Akademiya: Həftənin nəticələri

Geridə qalan həftədə akademiyamızın 4 komandası növbəti oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:

U-15 Liqası

Şamaxı - Qəbələ 0:3

U-16 Liqası

ASTA - Şamaxı 3:1

U-17 Liqası

EFA - Şamaxı 15:0

U-19 Liqası

Şamaxı - Sabah 0:5

Bazar, 22 Sentyabr 2024 05:43

Əvəzedicilərimizdən heç-heçə

Əvəzedicilər Liqasına VII turun oyunları keçirilir. “Şamaxı-2” səfərdə “Kəpəz-2”nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Əvəzedicilərimizin heyətində Murad Qarayev fərqlğnib.

Misli Premyer Liqasında VII tura start verilib. Turun açılış matçında “Şamaxı” Tovuz şəhər stadionunda “Kəpəz”in qonağı olub. Oyuna sürətli başlayan komandamız 16 və 19-cu dəqiqələrdə Brahim Konate və Giorgi Kantariyanın qolları hesabı 2:0 öz xeyrinə dəyişib. Qalan dəqiqələrdə komandamız bir neçə qol epizodu yaratsa da , bu fürsətlərdən istifadə edə bilməyib. Qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Çərşənbə axşamı, 17 Sentyabr 2024 08:25

Təşəkkürlər, Elşad Tağıyev !

 

“Şamaxı” futbolçusu Elşad Tağıyevlə yollarını ayırıb. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriilib.

Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Çərşənbə axşamı, 17 Sentyabr 2024 08:19

Akademiya: Həftənin nəticələri

Ötən həftə aşağı yaş qrupları üzrə 4 komandamız növbəti oyunlarına çıxıb. U-16 komandamız doğma meydanda EFA-ya 0:4 hesabı ilə məğlub olub. U-15 komandamız səfərdə “Səbail”lə 2:2 hesablı heçə edib. U-19 komandamız Gənclər Liqasında səfərdə “Neftçi” ilə qolsuz heç-heçəyə razılaşıb. U-17 komandamız isə Şamaxıda rəqibinə 0:7 hesabı ilə məğlub olub.

U-15 Liqası

Səbail - Şamaxı 2:2

U-16 Liqası

Şamaxı - EFA 0:4

U-17 Liqası

Şamaxı - Neftçi 0:7

Gənclər Liqası

Neftçi - Şamaxı 0:0

Bazar ertəsi, 16 Sentyabr 2024 00:13

Əvəzedicilərimiz məğlub oldu

Əvəzedicilər Liqasında VI turun oyunları keçirilir. “Şamaxı-2” doğma meydanda “Sumqayıt-2”ni qəbul edib və rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Şənbə, 14 Sentyabr 2024 19:16

Komandamız “Sumqayıt”ı məğlub etdi

Misli Premyer Liqasında VI turun oyunları keçirilir. Komandamız bu turda Şamaxı şəhər stadionunda “Sumqayıt”ı qəbul edib. Oyuna sürətli başlayan komandamız 2-ci dəqiqədə hesabı açıb. Giorgi Kantariya qarşısı alınmaz zərbə ilə topu qapıdan keçirib. Qalan dəqiqələrdə komandamız hesab arasındakı fərqi artırmaq üçün qol fürsətləri yaratsa da bu fürsətlərdən istifadə edə bilmıyib. Bu qələbə ilə xallarının sayını 8-ə çatdıran komandamız turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

Çərşənbə axşamı, 10 Sentyabr 2024 02:05

Akademiya: Həftənin nəticələri

Geridə qalan həftədə “Şamaxı” Futbol Akademiyasının 4 yaş qrupu üzrə komandaları növbəti oyunlarına çıxıb.

U-17 komandamız səfərdə “Dinamo”ya 0:8, U-16 komandamız səfərdə “Neftçi”yə 1:12 hesabları ilə məğlub olub.

U-19 komandamız doğma meydanda “Turan Tovuz”a 1:3, U-15 komandamız isə Şamaxı şəhər stadionunda “Neftçi”yə 0:2 hesabı ilə məğlub olub.

Çərşənbə, 04 Sentyabr 2024 10:23

U-19 komandamızdan qələbə

Şamaxı Futbol Akademiyasında 3 komandamız növbəti oyunlarına çıxıb. U-19 komandamız Gənclər Liqasında səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. U-16 komandamız doğma meydanda “Sumqayıt”a 1:4 hesabı ilə məğlub olub. U-17 komandamız evdə “Turan Tovuz”a 0:7, U-15 komandamız isə səfərdə Tovuz təmsilçisinə 4:0 hesabı ilə məğlub olub.

7 -dən səhifə 24