Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şamaxı" növbəti yoxlama oyununu keçirib. Komandamız Qəbələ şəhər stadionunda Türkmənistan Super Liqasında mübarizə aparan "Nebitçi" klubu ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edib. Emil Qasımov (2), Rövşən Şahmuradov və Əli Mürsəlov qollarımızın müəllifi olub.
"Nebitçi" - "Şamaxı" 0:4
Qollar: Emil Qasımov, (2), Rövşən Şahmuradov, Əli Mürsəlov
"Şamaxı": Əkpər Vəliyev, Zahid Mərdanov, Salman Ələsgərov, Elçin Rəhimli, Samir Ağayev, İbrahim Aslanlı, Emin Zamanov (k), Ramin Əhmədov, Qurban Səfərov, Rövşən Şahmuradov, Emil Qasımov
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Şamaxı" daha bir yoxlama oyunu keçirəcək. Komandamız Türkmənistanın "Nebitçi" klubu ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunun ikinci meydançasında keçiriləcək matç sentyabrın 8-i, saat 17:00-da start götürəcək.
"Şamaxı"nın 4 futbolçusu müxtəlif yaş qruplara üzrə milli komandalara dəvət alıbı.
Futbolçumuz Edqar Adilxanov U-19 millimizin sentyabrında 4-dən 12-nə qədər davam edəcək toplanışında iştirak edəcək. Daha 3 futbolçumuz: Süleyman Damadayev, Elçin Qasımov və Samir Məhərrəmli isə U-21 millimizin AÇ seçmə mərhələsinin oyunlarının heyətinə dəvət alıb.
Yeni mövsüm hazırlıqlarını davam etdirən komandamız növbəti yoxlama oyununu keçirib. "Şamaxı" doğma stadionda "Araz Saatlı" klubunu qəbul edib. Qarşılaşma komandamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Zahid Mərdanov, Cəlal Cəbrayılov, Samir Ağayev və Qurban Səfərov hərəyə bir dəfə fərqlənib.
Yeni mövsümün hazırlıqlarını davam etdirən komandamız növbəti yoxlama oyununu keçirib. Komandamız "ASK Arena"da "İrəvan"la qarşılaşıb. Futbolçularımız rəqibini 3 cavabsız topla məğlub edib. Komandamızın heyətində Əli Mürsəlov, Cəlal Cəbrayılov və Emil Qasımov fərqlənib.
I Liqada 2023-24-cü illər mövsümünün püşkü atılıb. "Şamaxı" ilk turda səfərdə "Qaradağ Lökbatan"ın qonağı olacaq.
I Liqa
“Difai Ağsu” – MOİK
“Zaqatala” – “İrəvan”
“Karvan” – “Mingəçevir”
“Qaradağ Lökbatan” – “Şamaxı”
“Araz Saatlı” – “İmişli”