editor

editor

Şənbə, 27 İyul 2024 14:10

“Şamaxı” - “Əl-Yarmuk” 2:0

“Şamaxı” yay təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşan komandamız 2:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Conatan Benteke dublla yadda qalıb.

Çərşənbə axşamı, 23 İyul 2024 20:37

“Şamaxı” “Əl-Yarmuk”la qarşılaşacaq

“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanış zamanı növbəti yoxlama oyununu keçirəcək və bu matçda Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşacaq. Oyun 26 iyul, saat 17:00-da Qəbələ şəhər stadionunda start götürəcək.

Çərşənbə axşamı, 23 İyul 2024 20:36

“Şamaxı” - “Cəbrayıl” 4:0

“Şamaxı” yay təlim-məşq toplanışında üçüncü yoxlama oyununu keçirib.
“Cəbrayıl”la qarşılaşan komandamız 4:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Conatan Benteke dublla yadda qalıb, Elşad Tağıyev və Adil Nağıyev hərəyə bir dəfə fərqlənib.

Bazar, 21 İyul 2024 16:23

Təşəkkürlər, Cəlal Cəbrayılov!

“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb. Hücumçu Cəlal Cəbrayılovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Cəbrayılova göstərdiyi xidmətlər görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir. Komandamız toplanış zamanı üçüncü yoxlama oyununu keçirəcək və bu matçda “Cəbrayıl”la qarşılaşacaq. Oyun 23 iyul, saat 18:00-da Şamaxı şəhər stadionunda start götürəcək.

Şənbə, 20 İyul 2024 16:08

“Şamaxı” - “Pelikan” 5:0

“Şamaxı” yay təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.

“Pelikan”la qarşılaşan komandamız 5:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Conatan Benteke, Ramin Əhmədov, Belajdi Pusi və Elşad Tağıyev (2) fərqlənib.

Şənbə, 20 İyul 2024 09:01

Xoş gəldin, Conatan Benteke !

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Komandamız hücumçu Conatan Bentekeni heyətinə qatıb. Belçikalı hücumçu ilə bir illik müqavilə imzalanıb.

Bentekenin son klubu Lüksemburqun “Petange” olub.

Cümə, 19 İyul 2024 19:42

Xoş gəldin, Vasiliye Radenoviç !

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

 

Komandamız müdafiəçi Vasiliye Radenoviçi heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.

 

Radenoviçin son klubu Bosniya və Hersoqavinanın "GOSK Gabela" olub.

Cümə, 19 İyul 2024 19:03

Məlumat

“Şamaxı” futbolçu Lubeni Haukonqo ilə yollarını ayırıb. Belə ki, futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.

Futbolçuya gələcək karyerasında uğurlar arzulayırıq.

Cümə axşamı, 18 İyul 2024 16:51

Premyer Liqada yeni mövsümün püşkü atıldı

Bu gün Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün püşkü atılıb. Püşkatmaya əsasən komandamız ilk turda “Sabah”ı qəbul edəcək.

Mövsümə avqustun 2-də start veriləcək.