editor

editor

Bazar ertəsi, 14 Oktyabr 2024 10:04

Rəqibimiz məlum oldu

Azərbaycan kubokunda II təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Şamaxı”nın rəqibi məlum olub. Komandamız bu mərhələdə Şamaxı şəhər stadionunda “Şəmkir”i qəbul edəcək. Bu mərhələnin oyunları 29/30 oktyabr tarixlərində keçiriləcək.

Çərşənbə axşamı, 08 Oktyabr 2024 21:35

Akademiya: Həftənin nəticələri

"Şamaxı" Futbol Akademiyasında geridə qalan həftədə 5 komandamız növbəti oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:

 

U-12 Liqası

Şamaxı - Çərəkə (Göyçay)  >

 

U-13 Liqası

Şamaxı - Lokomotiv (Ucar)  >

 

U-15 Liqası

Şamaxı - EFA 1:4

 

 U-16 Liqası

UFA - Şamaxı 3:1

 

U-17 Liqası

Kəpəz - Şamaxı 10:0

 

Gənclər Liqası:

Şamaxı - Qarabağ 1:1

 

Çərşənbə axşamı, 08 Oktyabr 2024 21:31

3 futbolçumuz U-21 millimizdə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib. "Şamaxı"nın 3 futbolçusu: Rauf Rüstəmli, Rüfət Abbasov və Qurban Səfərov millimizə dəvət alıb. 

U-21 yığması oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.

Bazar ertəsi, 07 Oktyabr 2024 07:31

Əvəzedicilərimiz qalib gəldi

Əvəzedicilər Liqasında IX turun oyunları keçirilib. “Şamaxı-2” səfərdə “Səbail-2” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Nicat Xasıyev və Ramin Əhmədov fərqlənib.

Bazar ertəsi, 07 Oktyabr 2024 07:27

“Səbail” - “Şamaxı” 2:0

Misli Premyer Liqasında IX turun oyunları keçirilib. İlk dövrənin son turunda “Şamaxı” səfərdə “Səbail”in qonağı olub. Komandamız rəqibinə 0:2 hesabı ilə məğlub olub. İlk dövrədən sonra komandamız 12 xalla turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb.

Cümə, 04 Oktyabr 2024 00:54

U-17 komandamız məğlub oldu

U-17 Liqasında növbəti turun oyunları keçirilib. U-17 komandamız Şamaxı şəhər stadionunda “Masallı” komandasını qəbul edib və rəqibinə 0:10 hesabı ilə məğlub olub.

Bazar ertəsi, 30 Sentyabr 2024 23:47

Əvəzedicilərimiz məğlub oldu

Əvəzedicilər Liqasına VIII turun oyunları keçirilib. “Şamaxı-2” Şamaxı şəhər stadionunda "Turan Tovuz-2"ni qəbul edib. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Əvəzedicilərimizin heyətində Rauf Rüstəmli fərqlənib.

Bazar ertəsi, 30 Sentyabr 2024 23:46

Kubokun püşkü atılıb

Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “Şamaxı” bu mərhələdə “Sheki City” - “Şəmkir” cütünün qalibi ilə qarşılaşacaq. II təsnifat mərhələsi tək qarşılaşmadan ibarətdir və meydan sahibi komandamız olacaq.

Bazar ertəsi, 30 Sentyabr 2024 23:41

"Şamaxı" qələbəni son anda əldən verdi

Misli Premyer Liqasında VIII turun oyunları keçirilib. "Şamaxı" bu turda doğma stadionda "Turan Tovuz"u qəbul edib. Oyuna qonaqlar sürətli başlayıb və matçın 5-ci dəqiqəsində hesabı açıb. İlk hissədə başqa qol vurulmayıb və qonaqlar fasiləyə 1:0 hesablı qələbə ilə yollanıb. İkinci hissəyə komandamız qolla başlayıb. 48-ci dəqiqədə Brahim Konatenin cinahdan ötürməsini Belajdi Pusi tək toxunuşla tamamlayıb. Matçın 90-cı dəqiqəsində komandamız hesabı 2:1 öz xeyrinə dəyişib. Emin Zamanovun cərimə zərbəsindən ötürməsini Arsen Ağcabəyov başla tamamlayıb. Oyunun son saniyələrində rəqib penalti zərbəsindən hesabı bərabərləşdirib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Bazar ertəsi, 30 Sentyabr 2024 23:36

Akademiya: Həftənin nəticələri

Geridə qalan həftədə akademiyamızın 4 komandası növbəti oyunlarına çıxıb. Qeydə alınan nəticələri təqdim edirik:

 

U-14 Liqası

 Şamaxı - Difai 16:0

 

U-15 Liqası

Kəpəz - Şamaxı 4:1

 

U-16 Liqası

Şamaxı - Lion 0:5

 

U-19 Liqası

Səbail - Şamaxı 3:3

6 -dən səhifə 24